“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində həyata keçirdiyi "Sənət inciləri" layihəsi üzrə növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU), Xəzər Universiteti və Beynəlxalq Muğam Mərkəzinin (BMM) dəstəyi ilə keçirilən tədbirdə təhsil ocağının müəllim və tələbələri iştirak ediblər.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı çıxış edərək Üzeyir Hacıbəyli fenomeni haqqında fikirlərini bölüşüb. O, Azərbaycanın mədəni-ictimai fikir tarixində silinməz iz qoyan Üzeyir bəyin bəstəkar, pedaqoq, musiqişünas, təhsil təşkilatçısı və ictimai xadim kimi çoxşaxəli fəaliyyətindən maraqlı məqamları diqqətə çatdırıb.
MEMİM-in direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov "Sənət inciləri" layihəsinin Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində ötən ildən təşkil olunduğunu bildirib. Vurğulayıb ki, layihə dahi bəstəkarın musiqi mədəniyyətimizin inkişafında əvəzolunmaz xidmətlərini və onun zəngin yaradıcılıq irsini xüsusilə gənc nəslə çatdırmağa töhfə vermək məqsədi daşıyır. V.Hümbətov yaradılan şəraitə görə universitetin rəhbərliyinə minnətdarlıq edib.
Əməkdar mədəniyyət işçisi, MEMİM-in əməkdaşı Səadət Təhmirazqızının moderatorluğu ilə davam edən tədbirdə daha sonra sənətşünaslıq üzrə elmlər doktoru, professor İradə Köçərlinin "Üzeyir Hacıbəylinin yaradıcılığında xalq musiqisindən istifadə məsələləri" mövzusunda mühazirəsi dinlənilib.
Tədbirin bədii hissəsində BMM-in C.Cahangirov adına Xor kollektivi (bədii rəhbər: Əməkdar müəllim, Prezident mükafatçısı Təranə Yusifova), BMA, ADMİU və Xəzər Universiteti tələbələrinin birgə iştirakı ilə "Leyli və Məcnun" operasından səhnələr təqdim olunub. Operadan parçaları Xəzər Universitetinin kamera orkestri (bədii rəhbər: Musiqi və incəsənət departamentinin müdiri, Əməkdar müəllim Zülfiyyə Sadıqova, dirijor: Hüseyn Kərimov) müşayiət edib. Həmin orkestr və Xor kollektinin ifasında "Koroğlu" operasından da musiqi nümunələri səsləndirilib. Əsərdən Xanəndə qız obrazını Xalq artisti Gülyaz Məmmədova təqdim edib. Hər iki operadan səhnələrdə Xəzər Universitetinin qızlardan ibarət rəqs qrupu (bədii rəhbər: Səbinə İsmayılova) da yer alıb.
Proqramda Üzeyir bəyin "Arşın mal alan" operettasından duet və ariyalar, bəstəkarın "Ey Vətən" mahnısı, həmçinin Əməkdar artist Fəridə Məlikovanın rəhbərliyi ilə kamança çalanlar ansamblının ifasında operettadan fraqmentlər səsləndirilib.
Görkəmli bəstəkar Müslüm Maqomayevin "Nərgiz" operasından ariya və Emil Əfrasiyabın Ü.Hacıbəylinin əsərləri mövzusunda "Parafraz" kompozisiyası da tədbirə rəng qatıb.
Bədii proqram tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Tədbir məkanında Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsini əks etdirən nəşrlərdən ibarət guşə də təşkil olunub.
Qeyd edək ki, MEMİM-in "Sənət inciləri" layihəsi üzrə bundan öncə sentyabrın 22-də ADA Universitetində mühazirə-konsert keçirilmişdi.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
XƏBƏR LENTİ
-
Nazirlə jurnalist arasında gərginlik yaşandı - (Video)
-
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən “Hacı” tutuldu
-
"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Vuçiç “ofisiant” obrazında: "Bizdə NATO yoxdur" - (Video)
-
Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirildi
-
Bakıda 40 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Kamerada hadisə gününün görüntüləri - (Video)
-
Azərbaycan və Belarus hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib - (Foto)
-
“Gəzə bilmirəm...” - Abid Şərifov
-
“Ən yaxşı Messidir, ikinci bir fikir ola bilməz” - Yamal
-
Aleksandr Pleşa vəfat etdi
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
-
Bakıda yağış nə vaxta kimi davam edəcək?
-
Kallas Suriyaya getdi
-
Olivye Jiru karyerasını bu tarixdə bitirəcək
-
Ermənistanda Ağrı dağı ilə bağlı növbəti qadağa
-
Fernando Alonso karyerası barədə qərar verdi
-
Zamanı ən dəqiq ölçən saat hazırlandı
-
Melis Sütşurup əri Mustafa Sandalla Dubaya qaçıb?
-
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı - (Foto)
-
Nurgül Yeşilçay: "Yenidən gənc olmaq istəməzdim"
-
Qapağı şişibsə, yeməyin - Xəbərdarlıq





