İdman

“Ən yaxşı Messidir, ikinci bir fikir ola bilməz” - Yamal

29 Sentyabr 2026 18:20
Baxış: 288
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İspaniya milli komandasının və Kataloniyanın "Barselona" klubunun hücumçusu Lamin Yamal bütün dövrlərin ən yaxşı futbolçusunun kimliyi ilə bağlı suala qəti cavab verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 19 yaşlı ulduz keçmişdə "Barselona"da çıxış etmiş, hazırda isə ABŞ-nin "İnter Mayami" klubunun şərəfini qoruyan Lionel Messini fərqləndirib.

"Mənim seçimim Messidir. Mən çox futbol izləmişəm və heç kim məni Leo qədər təəccübləndirməyib. Onun uğurları özü hər şeyi deyir. Messi unikaldır. Argentinanın heyətində Dünya Çempionatında nəyə nail olduğuna və indi nə etməyə davam etdiyinə baxmaq kifayətdir. Mənim üçün burada hər şey aydındır və ikinci bir fikir ola bilməz", - deyə ispan futbolçu bildirib.

Xatırladaq ki, Lamin Yamal və Lionel Messi bu il "Qızıl top" (Ballon d'Or) mükafatına namizədlər siyahısındadırlar. Nüfuzlu mükafatın təqdimetmə mərasimi oktyabrın 26-da keçiriləcək.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.