Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib.
Konserti izləyənlər arasında Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Heydər Əliyev Fondunun nümayəndəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı, eləcə də Fransa və Moldova səfirliklərinin nümayəndələri və digər rəsmilər olub.
Artıq ikinci ildir ki, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalında çıxış edən Azərbaycan Dövlət Uşaq Filarmoniyası uşaqların ifasında milli musiqi irsimizi səhnəyə daşıyaraq bu mötəbər musiqi bayramının iştirakçısı olmaqda davam edir.
Dahi bəstəkar Üzeyir Hacıbəylinin zəngin musiqi irsindən seçilmiş əsərlər Uşaq Filarmoniyasının solistlərinin ifasında konsertə xüsusi rəng qataraq proqramın bədii bütövlüyünü və özünəməxsus ovqatını tamamlayıb. Uşaqların Üzeyir bəyin yaradıcılığına özünəməxsus yanaşması, onun əsərlərinin ruhunu və mahiyyətini duyaraq səhnədə təqdim etmələri dahi bəstəkarın sənətinə bəslədikləri dərin ehtiramın və sevginin ifadəsidir.
Konsert proqramı Azərbaycan Dövlət Uşaq Filarmoniyasının foyesində Filarmoniyanın solistləri, Uşaq-Gənclər Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər: Xalq artisti Ağaverdi Paşayev), Uşaq Xor Kapellası (bədii rəhbər: Əməkdar artist Naala Barateliya) və xanəndəlik sinfinin (müəllim Elburus Niftəliyev) çıxışları ilə başlayıb.
Dahi bəstəkarın müəllifi olduğu Azərbaycan Respublikasının Dövlət Himni Uşaq-Gənclər Xalq Çalğı Alətləri Orkestri və Uşaq Xor Kapellasının ifasında təntənəli, əzəmətli səslənişiylə konsert proqramını açıb. Daha sonra bəstəkarın "Leyli və Məcnun" operasıdan "Şəbi-hicran" xoru, Səid Rüstəmovun "Qaytağı", Süleyman Ələsgərovun "Poema" əsərləri, Arif Məlikov, Dadaş Dadaşovun xalq çalğı alətləri orkestri üçün süitalarından hissələr və "Qarabağ şikəstəsi" ifa olunub.
Proqramın II hissəsi Azərbaycan Dövlət Uşaq Filarmoniyasının konsert zalında davam edib. İstedadlı solistlərin ifasında Azərbaycan bəstəkarlarının bir-birindən maraqlı və ifaçılıq baxımından peşəkar əsərləri fortepiano, violin, fleyta, balaban və qanun alətlərinin ifasında, eləcə də vokal nömrələri ilə tamaşaçılara təqdim olunub.
Konsert proqramında instrumental ifalarla yanaşı, rəngarəng xoreoqrafik lövhələrdən ibarət nömrələr tamaşaçıların marağına səbəb olub. Proqramın xüsusi məqamlarından biri isə Azərbaycan Dövlət Uşaq Filarmoniyasında daim diqqət mərkəzində olan, öz istedad və bacarıqları ilə seçilən xüsusi qayğıya ehtiyacı olan uşaqların çıxışları idi. Onların səhnədə nümayiş etdirdikləri ifalar konsert proqramına xüsusi rəng qatıb.
Konsertin sonunda mədəniyyət naziri Adil Kərimli ifaçılarla görüşərək onları uğurlu ifa münasibəti ilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
XƏBƏR LENTİ
-
“Çirkin” final edir
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var
-
Hasil Abbasov vəzifəsindən azad edildi
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Prezidentin yüksək vəzifə verdiyi Hacıbaba Babayev kimdir? - dosye
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
27 Sentyabr – Anım Günü “Azərxalça” ASC-nin emalatxanalarında qeyd olunub - (Foto)
-
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
-
Bakıda qızının nişanlısını öldürən şəxsə hökm oxundu
-
Ağdaşda 11 kənddə qaz kəsiləcək
-
Kolleclərə boş qalan yerlər üzrə qəbulun nəticələri elan edildi
-
Əvəz Zeynallının dəfn yeri açıqlandı - (Yenilənib)
-
Türkiyədə qanunsuz mərc əməliyyatı: 45 nəfər saxlanıldı





