27 Sentyabr – Anım Günü “Azərxalça” ASC-nin emalatxanalarında qeyd olunub - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş hərbçilərimizin və bütün şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsidir.
Milli.Az xəbər verir ki, Anım Günü ilə əlaqədar "Azərxalça" ASC-nin Qazax, Qarabağ, İsmayıllı, Kürdəmir və Nardaran emalatxanalarında geniş tədbirlər keçirilib. Tədbirlərdə emalatxanaların toxucuları və digər əməkdaşları ilə yanaşı, "Azərxalça" ASC-də çalışan müharibə iştirakçıları, onların yaxın qohumları və şəhid ailələrinin nümayəndələri də iştirak ediblər.
Tədbirlərdə vurğulanıb ki, Vətən müharibəsi Azərbaycanın şanlı tarixinin mühüm səhifələrindən biridir, şəhidlərimiz və qazilərimiz isə xalqımızın qürur mənbəyidir. Bildirilib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə Azərbaycan Ordusunun əsgər və zabitləri, arxa cəbhədə çalışan mülki insanlar, bütövlükdə xalqımız əzm və iradə, birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirib.
Qeyd olunub ki, Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması və çoxsaylı müharibə cinayətləri xalqımızın qələbə əzmini sarsıda bilməyib. Tədbirlərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinə daim yüksək ehtiram göstərdiyi, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərin müalicəsi və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxladığı vurğulanıb.
Sentyabrın 27-də "Azərxalça" ASC-nin İdarə Heyətinin üzvləri və kollektivi Zəfər parkını da ziyarət edib. Ziyarət zamanı Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi ehtiramla yad olunub.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezidentin Gədəbəyə təyin etdiyi icra başçısı kimdir? - dosye
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
27 Sentyabr – Anım Günü “Azərxalça” ASC-nin emalatxanalarında qeyd olunub - (Foto)
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
XƏBƏR LENTİ
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Prezidentin Gədəbəyə təyin etdiyi icra başçısı kimdir? - dosye
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
27 Sentyabr – Anım Günü “Azərxalça” ASC-nin emalatxanalarında qeyd olunub - (Foto)
-
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
-
Bakıda qızının nişanlısını öldürən şəxsə hökm oxundu
-
Ağdaşda 11 kənddə qaz kəsiləcək
-
Kolleclərə boş qalan yerlər üzrə qəbulun nəticələri elan edildi
-
Əvəz Zeynallının dəfn yeri açıqlandı - (Yenilənib)
-
Türkiyədə qanunsuz mərc əməliyyatı: 45 nəfər saxlanıldı
-
Aqrar sahədə hansı texnikalara güzəşt ediləcək?
-
Gələn il maaşlar artacaq?
-
İlkin Həsənidən bloqer xanımına bahalı hədiyyə - (Video)
-
Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil olunub - (Foto)
-
Yamal yaşadığı ağır günləri danışdı: "Atam dəmir yığırdı"
-
"Quran"ı təhqir edən komediyaçı azadlığa buraxıldı
-
U-17 qızlarımızın ilk sınağı ağır məğlubiyyətlə başa çatdı





