Türkiyə

"Quran"ı təhqir edən komediyaçı azadlığa buraxıldı

28 Sentyabr 2026 16:48
Baxış: 251
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Qurani-Kərim"i təhqir edən türkiyəli komediyaçı Dəniz Göktaşın cinayət işi üzrə ilk məhkəmə iclasında hökm elan olunub. Ona ümumilikdə 1 il 7 ay 5 gün həbs cəzası verilsə də, məhkəmə eyni zamanda onun həbsdən azad edilməsinə qərar verib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki,  Göktaş "cinayəti və cinayətkarı tərifləmə" ittihamı üzrə bəraət alıb. Məhkəmə onu "dini dəyərləri alçaltma" ittihamı üzrə 7 ay 15 gün, "prezidenti təhqir etmə" ittihamı üzrə isə 11 ay 20 gün həbs cəzasına məhkum edib.

Qeyd edək ki, komediyaçı İstanbulda səhnə aldığı çıxış zamanı Qurani-Kərim və dini dəyərlərlə bağlı səsləndirdiyi ifadələrə görə iyulun 3-də həbs olunub./Lent.az 

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.