Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM), yaxud Orta Dəhlizin tam potensialının reallaşdırılması Azərbaycanın iqtisadi artımına əlavə töhfə verə bilər.
Milli.Az APA-ya istinadən bildirir ki, Dünya Bankının "İnteqrasiya: Transxəzər nəqliyyat marşrutu boyu yüksək səviyyəli ticarət logistikası" adlı hesabatına əsasən, Orta Dəhlizin imkanlarından tam istifadə Azərbaycan üçün ÜDM-in əlavə olaraq 1,84% artımını təmin edə bilər.
Bu artım cari qiymətlərlə təxminən 1,3 mlrd. ABŞ dolları həcmində qiymətləndirilir.
Hesabatda qeyd olunur ki, Orta Dəhlizin inkişafı Azərbaycanda ümumi məşğulluğun da 1,5% artmasına imkan yarada bilər.
Dünya Bankının qiymətləndirməsinə görə, Azərbaycanda iqtisadi artıma əsas töhfəni tranzit yükdaşımalarından əldə olunan gəlirlərin artması, liman və dəmir yolu sektorlarında fəallığın genişlənməsi, həmçinin Mərkəzi Asiya və Avropa ölkələri ilə ticarət əlaqələrinin dərinləşməsi verəcək.
Bankın analitikləri bildirirlər ki, bu potensiala nail olmaq üçün Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı ilə yanaşı, gömrük prosedurlarının sürətləndirilməsi, rəqəmsal həllərin tətbiqi və dövlət nəqliyyat şirkətlərində islahatların davam etdirilməsi vacibdir.
Hesabata əsasən, Orta Dəhlizin inkişafı uzunmüddətli perspektivdə marşrut üzrə iştirakçı ölkələrin ümumi ÜDM-ni 3,3%, yaxud cari qiymətlərlə təxminən 58 mlrd. ABŞ dolları artıra bilər. Bu ölkələrdə ümumi məşğulluğun isə 2,9% yüksələcəyi proqnozlaşdırılır.
Dünya Bankının hesablamalarına görə, Azərbaycan üzrə əlavə iqtisadi artımın digər ssenaridə 326 mln ABŞ dolları və ya ÜDM-in 0,43%-i səviyyəsində olacağı gözlənilir. Hesabatda qeyd edilir ki, nisbi baxımdan ən böyük iqtisadi faydanı dənizə çıxışı olmayan kiçik iqtisadiyyatlar, o cümlədən Qırğızıstan və Gürcüstan əldə edə bilər.
Dünya Bankı vurğulayır ki, Orta Dəhlizin tam potensialının reallaşdırılması yalnız infrastruktur investisiyaları ilə məhdudlaşmır. Bunun üçün logistika sistemlərinin rəqəmsallaşdırılması, sərhəd prosedurlarının təkmilləşdirilməsi və institusional islahatların həyata keçirilməsi də tələb olunur.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Prezidentin Gədəbəyə təyin etdiyi icra başçısı kimdir? - dosye
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
27 Sentyabr – Anım Günü “Azərxalça” ASC-nin emalatxanalarında qeyd olunub - (Foto)
-
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
-
Bakıda qızının nişanlısını öldürən şəxsə hökm oxundu
-
Ağdaşda 11 kənddə qaz kəsiləcək
-
Kolleclərə boş qalan yerlər üzrə qəbulun nəticələri elan edildi
-
Əvəz Zeynallının dəfn yeri açıqlandı - (Yenilənib)
-
Türkiyədə qanunsuz mərc əməliyyatı: 45 nəfər saxlanıldı
-
Aqrar sahədə hansı texnikalara güzəşt ediləcək?
-
Gələn il maaşlar artacaq?
-
İlkin Həsənidən bloqer xanımına bahalı hədiyyə - (Video)
-
Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil olunub - (Foto)
-
Yamal yaşadığı ağır günləri danışdı: "Atam dəmir yığırdı"
-
"Quran"ı təhqir edən komediyaçı azadlığa buraxıldı
-
U-17 qızlarımızın ilk sınağı ağır məğlubiyyətlə başa çatdı





