Qədəşovun 14 milyon manat mənimsəyən kürəkəninə hökm oxundu - "Atlant" müsadirə edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Təbriz" MTK-nın dələduzluqda ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məmmədovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunaraq Nofəl Hacıyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Talış Məmmədova isə 1 il sınaq müddəti olmaqla, 3 il şərti cəza verilib.
Qeyd edək ki, cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaq edilib.
Nofəl Hacıyev "Təbriz" MTK-nın rəhbəri, Talış Məmmədov isə şirkətin icraçı direktoru olub.
İstintaq materiallarına görə, Nofəl Hacıyev 2018-2022-ci illər ərzində "Təbriz" MTK-nın Nərimanov rayonu ərazisində tikilmiş binasından bir mənzili bir neçə nəfərə satıb. Nəticədə 172 vətəndaşın 14 milyon manatı dələduzluq yolu ilə ələ keçirilib.
Qeyd edək ki, Nofəl Hacıyev "Atlant" İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkəni, eyni zamanda istirahət mərkəzinin şərikidir. İttihama görə, o, vətəndaşlardan alınan 14 milyon manatı "Atlant"ın təmir-tikinti işlərinə yatırıb.
Onu da qeyd edək ki, məhkəmə istintaqı ilə əlaqədar "Təbriz" MTK-nın Nərimanov rayonu ərazisindəki sözügedən yaşayış binası və Nabran qəsəbəsində, dəniz sahilində yerləşən "Atlant" İstirahət Mərkəzi müsadirə edilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Qədəşovun 14 milyon manat mənimsəyən kürəkəninə hökm oxundu - "Atlant" müsadirə edildi
-
Bakıda metroda faciə: 68 yaşlı kişi qatarda öldü
-
Generalın qızının ev dustaqlığına prokurordan etiraz - Həbs tələb olunur
-
Xaçmazda ev yandı - Ölən var
-
130 nəfər Azərbaycandan deportasiya edildi
-
Azad edilmiş ərazilərdə 152 mina, 1343 hərbi sursat tapıldı - Rəsmi
XƏBƏR LENTİ
-
Qara dənizdə yük gəmisi batır
-
Əhaliyə şad xəbər - Minimum əməkhaqqı bu qədər olacaq
-
Qədəşovun 14 milyon manat mənimsəyən kürəkəninə hökm oxundu - "Atlant" müsadirə edildi
-
Dəniz qırağı ilə gedən avtobusun marşrutu dəyişdirildi (Video)
-
Elariz ABŞ-dəki qazancından danışdı
-
Luka Modriç Messinin rekordunu təkrarladı
-
Məzahir Qarayevə yüksək vəzifə verildi
-
“Bir pəncərə” informasiya sistemi haqqında əsasnamə təsdiq edilib
-
“Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün bir milyon manat ayrılıb
-
Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsi təkmilləşdiriləcək - Fərman
-
Demet Özdemirin yeni görünüşü müzakirə yaratdı - (Video)
-
Ayın 17-də qar yağacaq, 10 dərəcə şaxta olacaq - Proqnoz
-
Bakıda metroda faciə: 68 yaşlı kişi qatarda öldü
-
Generalın qızının ev dustaqlığına prokurordan etiraz - Həbs tələb olunur
-
Xaçmazda ev yandı - Ölən var
-
Daha bir ölkədə “Telegram”a qadağa qoyuldu
-
Bank VTB (Azərbaycan)-dan Black Friday fürsəti: 0% komissiya ilə 100 000 AZN-dək kredit!
-
130 nəfər Azərbaycandan deportasiya edildi
-
Prezident İlham Əliyev Dövlət Qulluğu Məcəlləsini təsdiqləyib
-
Prezident İlham Əliyev Əmək Məcəlləsində dəyişiklikləri təsdiqləyib
-
Bakıda avtobus yolunu dəyişdi, dəniz kənarı ilə hərəkət etdi - (Video)
-
Gələn il bütün rayonlar öz xərclərini tam qarşılayacaq
-
Sahibkarların nəzərinə: Qiymətləri belə göstərənlər cərimələnəcək
-
Bu tarixlərdə maqnit qasırğası olacaq - Xəbərdarlıq





