Gələn il bütün rayonlar öz xərclərini tam qarşılayacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"İqtisadiyyatın diversifikasiyası və qeyri-neft istehsalının stimullaşdırılmasının nəticəsi olaraq növbəti ildə də neftdən asılılığın azalması tendensiyası qorunur. Belə ki, 2027-ci il üçün icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi cari illə müqayisədə 1,7 faiz bəndi az olmaqla, 17,1 faiz proqnozlaşdırılır. Bu, fiskal qayda tətbiq ediləndən bəri ən yaxşı göstəricidir. Növbəti ortamüddətli dövr üçün, yəni 2029-cu ilə bu göstəricinin 13 faizə, 2030-cu ilə isə 12 faizə endirilməsi əsas hədəflərimizdəndir".
Milli.Az unikal-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.
Nazir qeyd edib ki, 2027-ci ildə icmal büdcədə qeyri-neft gəlirlərinin payı 64,5 faizə, dövlət büdcəsində payı isə 60,6 faizə çatacaq: "Bu cari illə müqayisədə müvafiq olaraq 1,5 və 3,2 faiz-bənd çoxdur. Büdcədə qeyri-neft gəlirlərinin payının artması cari xərclərin qeyri-neft gəlirləri ilə örtülmə nisbətinə öz müsbət təsirini göstərir. Belə ki, növbəti il üçün bu göstərici 90,1 faizə bərabər olacaqdır. Ortamüddətli dövrün sonuna cari xərclərin tam şəkildə qeyri-neft gəlirləri hesabına örtülməsi nəzərdə tutulur. 2027-ci il üçün dövlət büdcəsi investisiyayönümlülüyü ilə də diqqəti cəlb edir. Belə ki, 2027-ci il üzrə dövlət büdcəsinin əsaslı xərcləri büdcə xərclərinin 32,5 faizinə bərabərdir. Bu isə region ölkələrini xeyli qabaqlayır. Həmçinin, sevindirici haldır ki, növbəti ildə bütün rayonlarımız öz gəlirləri hesabına öz xərclərini tam qarşılayacaq, beləliklə ilk dəfə olaraq dotasiyadan asılı hər hansısa bir rayonumuz qalmayacaq. Naxçıvan Muxtar Respublikasının isə öz gəlirlərinin daha da artması növbəti ildə Muxtar Respublikaya veriləcək dotasiyanın 6,4 faiz azalmasına imkan yaradacaq".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Bakıda avtobus yolunu dəyişdi, dəniz kənarı ilə hərəkət etdi - (Video)
-
Gələn il bütün rayonlar öz xərclərini tam qarşılayacaq
-
Sahibkarların nəzərinə: Qiymətləri belə göstərənlər cərimələnəcək
-
Bu tarixlərdə maqnit qasırğası olacaq - Xəbərdarlıq
-
25 iş gününə 19 min manata yaxın maaş - Azərbaycanda iş elanı
-
Təhlükəsizlik yastığı sürücünün həyatını belə xilas etdi – (Video)
XƏBƏR LENTİ
-
Bakıda avtobus yolunu dəyişdi, dəniz kənarı ilə hərəkət etdi - (Video)
-
Gələn il bütün rayonlar öz xərclərini tam qarşılayacaq
-
Sahibkarların nəzərinə: Qiymətləri belə göstərənlər cərimələnəcək
-
Bu tarixlərdə maqnit qasırğası olacaq - Xəbərdarlıq
-
25 iş gününə 19 min manata yaxın maaş - Azərbaycanda iş elanı
-
Təhlükəsizlik yastığı sürücünün həyatını belə xilas etdi – (Video)
-
İşdən çıxarılan generala yeni vəzifə verildi
-
Fuad Nəcəfli aylar sonra görüntüləndi - (Foto)
-
Azad edilmiş ərazilərdə 152 mina, 1343 hərbi sursat tapıldı - Rəsmi
-
Azərbaycan millisi Andorra ilə qarşılaşacaq
-
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi - (Video)
-
""Hollivud"a dəvət alan ilk azərbaycanlı aktyoram" - (Video)
-
Bir mənzilin borcu bütün binanın istiliyinə təsir edəcək - Açıqlama
-
Makron özü ilə bağlı etiraf etdi: Hələ də yetkinləşə bilməyib
-
Azərbaycanda daha bir vəkil həbs edildi
-
İsmayıllıda keçmiş məktəb direktoru vəfat edib
-
Ermənistan telekanalında canlı efirdə dava - Siyasətçilər əlbəyaxa oldu - (Video)
-
Kamil Zeynallı qızının uğuruna kövrəldi - (Video)
-
Gürcüstan Brüsseldə keçiriləcək Aİ sammitindən imtina etdi
-
Nazirlikdən yaşa görə muavinətlərlə bağlı yeni xəbər
-
İki gündə 58 cinayət açıldı, 67 axtarışda olan şəxs tutuldu
-
Bakıda külək, rayonlarda qar, leysan... - Hava ilə bağlı son məlumat
-
Avropa Rusiyadan imtina edir, amma qaz böhranı dərinləşir - İndi kimdən asılıdır?
-
Paytaxtda küləyin fəsadları aradan qaldırılır - (Foto)





