Dünya

Makron özü ilə bağlı etiraf etdi: Hələ də yetkinləşə bilməyib

16 Noyabr 2026 11:08
Baxış: 140
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Fransa Prezidenti Emmanuel Makron etiraf edib ki, hələ də yetkinləşə bilməyib.Fransa prezidentinin həyatının və xarakterinin qeyri-adi məqamlarını jurnalist Katrin Nay siyasətçinin yeni bioqrafiyasında açıqlayıb.

Bu barədə "New York Post" qəzeti yazır.

Jurnalistin bildirdiyinə görə, Makronun şəxsiyyətinin formalaşmasına iki qadın - hökmran xarakterli nənəsi Manett və özündən 24 yaş böyük həyat yoldaşı Bricit ciddi təsir göstərib.

"Emmanuel hələ də nənəsinin vəfatı ilə barışa bilməyib. O, hətta onun yerini dolduracaq birini də tapa bilməyib. Onun psixoanalizdən keçməsinə ehtiyac var", - deyə Nay Fransa liderinin həyat yoldaşının sözlərini sitat gətirir.

Jurnalist yazır ki, Manett nəvəsinə ciddi nəzarət edir və onun 14 yaşında bir qızla görüşməyə başlamasından narazı idi. Makron gələcək həyat yoldaşı ilə 15 yaşında tanış olub. Həmin vaxt onun teatr sənəti müəlliməsi olan Bricitin 39 yaşı var idi. Yeniyetmə Makron özü onun diqqətini cəlb etməyə çalışıb və daha çox vaxt keçirə bilmək üçün birlikdə pyes yazmağı təklif edib.

Bioqrafiyanın müəllifi, həmçinin qeyd edir ki, Makron tənqidi çətin qəbul edir və öz qərarlarına nadir hallarda şübhə ilə yanaşır. Nay bu xüsusiyyətin təzahürlərindən biri kimi prezidentin 2024-cü ildə növbədənkənar parlament seçkiləri keçirmək qərarını göstərir. Həmin seçkilərdən sonra hakim koalisiya parlamentdəki çoxluğunu itirib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.