Azərbaycan və Ermənistan nümayəndələri yenidən görüşəcək
"Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə növbəti görüş ilin sonuna kimi baş tutacaq.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə "Sülh Körpüsü"nün Azərbaycan üzrə koordinatoru, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədrinin müavini Fərhad Məmmədov deyib.
O qeyd edib ki, görüş Ermənistanda keçiriləcək.
Xatırladaq ki, "Sülh körpüsü" dialoq platforması Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında etimadın möhkəmləndirilməsi və davamlı dialoqun qurulması məqsədilə yaradılıb. Platforma çərçivəsində tərəflər mütəmadi olaraq görüşlər keçirir, sülh prosesi, regional təhlükəsizlik, media və vətəndaş cəmiyyətinin rolu kimi məsələləri müzakirə edirlər.
İlk görüş 21-22 oktyabr 2025-ci il tarixlərində İrəvanda baş tutub və dialoqun əsas istiqamətləri müəyyənləşdirilib. Növbəti mühüm görüş 21-22 noyabr 2025-ci il tarixlərində Bakıda keçirilib və burada hər iki ölkədən ekspertlər və QHT nümayəndələri iştirak ediblər.
Sonuncu görüş isə 10-12 aprel tarixlərində Qəbələdə keçirilib. Sözügedən görüşdə iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq və birbaşa əlaqələrin təşviqi məsələri müzakirə olunub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan və Ermənistan nümayəndələri yenidən görüşəcək
-
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
-
Prezident İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur
-
Prezident İlham Əliyev: Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır
-
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik edib
XƏBƏR LENTİ
-
Əməl Sayın mirasını kimə qoyacaq?
-
Məktəblərdə payız tətili başladı
-
Muxtar Məmmədov vəfat etdi
-
Azərbaycan və Ermənistan nümayəndələri yenidən görüşəcək
-
Bakıda avtobus piyadanı vuraraq öldürdü
-
Bakıda güclü külək faciəyə səbəb oldu - Qadın hasarın altında qalaraq öldü
-
Serenay Sarıkayanı "Şabaniye"yə bənzətdilər - (Video)
-
2026-cı ilin qışı ilə bağlı şok proqnoz: Tarixdə cəmi 3 dəfə belə olub
-
Paytaxtın 7 küçəsində tıxac var
-
Zeynəb Xanlarova uzun fasilədən sonra – Canlı ifası diqqət çəkdi - (Video)
-
Dövlət sərhədini pozmağa cəhd edən uçuş aparatı zərərsizləşdirildi
-
UEFA Millətlər Liqası: Türkiyə Fransaya, İspaniya İngiltərəyə uduzdu
-
Kartofun cücərməsinin qarşısını alan saxlama üsulu: Həftələrlə təzə qalır
-
Ən inqilabçı bürclər
-
Bəxtiniz bağlanıbsa tez yatağın altına baxın
-
Ozan Güven “Aşk-ı Memnu”nun “Behlül”ü ola bilərmiş
-
Zəncirbənddəki kiçik metal parça nə işə yarayır? Çoxu səhv istifadə edir
-
Market alışverişini asanlaşdıran 6-5-4-3-2-1 üsulu
-
Günün qoroskopu: Daxili səsinizə güvənin
-
“Millidən getmək üçün ən doğru vaxt indidir” - Emin Mahmudov
-
Suraxanıda maşın yandı - (Video)
-
Kutsi 3-cü dəfə ailə qurdu - (Foto)
-
Bakıda külək ağacı evin üstünə aşırıb, sakinlər təxliyə edilib - (Foto)
-
Nazpəri Dostəliyevanın şıdırğı rəqsi - (Video)





