Dövlət sərhədini pozmağa cəhd edən uçuş aparatı zərərsizləşdirildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədini pozaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən paratrike tipli uçuş aparatı müşahidə edilmişdir.
Keçirilmiş kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində paratrike zərərsizləşdirilmiş, ümumi çəkisi 21 kiloqram 210 qram narkotik vasitə (19 kq 270 qr marixuana, 1 kq 940 qr tiryək) və 4000 ədəd psixotrop tərkibli metadon M-40 həbi aşkar edilərək götürülmüş, uçuş aparatını idarə edən İran İslam Respublikası vətəndaşı sərhəd pozucusu qismində saxlanılmışdır.
Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, müxtəlif vaxtlarda uçuş aparatları vasitəsilə Azərbaycan Respublikasının ərazisinə narkotik vasitələrin qanunsuz keçirilməsi halları müşahidə edilmişdir. Bu kimi əməllər dövlət sərhədinin toxunulmazlığına və ölkənin təhlükəsizliyinə qarşı yönəlmiş qanunazidd fəaliyyət kimi qiymətləndirilir.
Dövlət Sərhəd Xidməti bir daha bildirir ki, dövlət sərhədində qanunsuz fəaliyyətlərin qarşısının alınması, həmin məqsədlərlə istifadə olunan texniki və uçuş vasitələrinin zərərsizləşdirilməsi, habelə bu əməllərdə iştirak edən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcəkdir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Dövlət sərhədini pozmağa cəhd edən uçuş aparatı zərərsizləşdirildi
-
Suraxanıda maşın yandı - (Video)
-
Bakıda külək ağacı evin üstünə aşırıb, sakinlər təxliyə edilib - (Foto)
-
Xırdalanda külək dam örtüyünü maşınların üzərinə uçurdu
-
Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - (Video/Foto)
-
Ağstafada sursat partlayışında xəsarət alan şəxsin vəziyyəti açıqlanıb
XƏBƏR LENTİ
-
Zeynəb Xanlarova uzun fasilədən sonra – Canlı ifası diqqət çəkdi - (Video)
-
Dövlət sərhədini pozmağa cəhd edən uçuş aparatı zərərsizləşdirildi
-
UEFA Millətlər Liqası: Türkiyə Fransaya, İspaniya İngiltərəyə uduzdu
-
Kartofun cücərməsinin qarşısını alan saxlama üsulu: Həftələrlə təzə qalır
-
Ən inqilabçı bürclər
-
Bəxtiniz bağlanıbsa tez yatağın altına baxın
-
Ozan Güven “Aşk-ı Memnu”nun “Behlül”ü ola bilərmiş
-
Zəncirbənddəki kiçik metal parça nə işə yarayır? Çoxu səhv istifadə edir
-
Market alışverişini asanlaşdıran 6-5-4-3-2-1 üsulu
-
Günün qoroskopu: Daxili səsinizə güvənin
-
“Millidən getmək üçün ən doğru vaxt indidir” - Emin Mahmudov
-
Suraxanıda maşın yandı - (Video)
-
Kutsi 3-cü dəfə ailə qurdu - (Foto)
-
Bakıda külək ağacı evin üstünə aşırıb, sakinlər təxliyə edilib - (Foto)
-
Nazpəri Dostəliyevanın şıdırğı rəqsi - (Video)
-
Tələbənin ölümü ilə bağlı təfərrüat - "Başı ağrıyırmış, hamama gedib..." - (Video)
-
Ronaldinyo 11 ildən sonra futbola qayıtdı, komandası qələbə qazandı
-
“Sabah Emin üçün meydana çıxacağıq” - Ayxan Abbasov
-
Xırdalanda külək dam örtüyünü maşınların üzərinə uçurdu
-
17 il xidmət etmiş nüfuzlu general indi maşın yuyur
-
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
-
Metroya yaxın ərazilərdə evlər bahalaşdı - (Video)
-
Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - (Video/Foto)





