Maraqlı

Kartofun cücərməsinin qarşısını alan saxlama üsulu: Həftələrlə təzə qalır

16 Noyabr 2026 07:07
Baxış: 106
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Mətbəxdə tez-tez istifadə olunan kartoflar səhv şəraitdə saxlanıldıqda qısa müddətdə cücərir və yumşalır. Lakin düzgün qaydalara riayət etməklə onların təzəliyini uzun müddət qorumaq mümkündür:

Milli.Az xəbər verir ki, kartofu sərin və qaranlıq yerdə saxlamaq daha məqsədəuyğundur. Kartof təxminən 7-10 dərəcə istiliyi olan, quru və hava çəkən yerdə saxlanılmalıdır. Birbaşa günəş işığı alan yerlər və ya radiator yaxınlığı uyğun deyil. İşığa məruz qalan kartofların qabığında zərərli maddələrin miqdarını artıra bilən yaşıllaşma baş verə bilər.

Plastik torbada saxlamayın: Marketdən gətirilən plastik torbalar nəmlənməyə səbəb olur. Bunun əvəzinə hava alan kağız torba, file və ya deşikli səbətdən istifadə edin. Saxlamadan əvvəl kartofları yumayın, çünki qalan nəm çürüməni sürətləndirə bilər.

Soğanla yanaşı qoymayın: Kartofu soğandan ayrı yerdə saxlayın. Onların eyni yerdə tutulması nəm səbəbindən çürüməni sürətləndirə bilər.

Mütəmadi yoxlayın: Yumşalmış, küflənmiş və ya çürümüş kartofları digərlərindən ayırın ki, sağlam olanlar da xarab olmasın.

Kartof hələ sərtliyini qoruyursa, yaşıllaşma yoxdursa və yalnız kiçik cücərtilər əmələ gəlibsə, həmin hissələr dərindən təmizlənərək istifadə oluna bilər. Lakin yaşıllaşmış, çox cücərmiş, qırışmış və ya acı dad verən kartofları yemək təhlükəlidir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.