Bir mənzilin borcu bütün binanın istiliyinə təsir edəcək - Açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Havaların dəyişməsi ölkə ərazisində istilik mövsümünün başlaması ilə eyni vaxta təsadüf edir.
Bəs istilik sistemi qışa nə dərəcədə hazırdır?
Milli.Az xəbər verir ki, bəzi binalara çox sayda borca görə istilik verilməyəcək. Məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC -dən bildirildi ki, bəzi binalarda ödəniş səviyyəsi o qədər aşağıdır ki, istilik təchizatının davam etdirilməsi belə sual altındadır.
Qurumdan qeyd edilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur.
Səhmdar cəmiyyəti xidmət haqqını vaxtında ödəyən abonentlərinə təşəkkür edir və bildirir ki, istehlakçıların böyük əksəriyyətinin müntəzəm ödənişləri xidmət göstərilən ərazilərdə təmir və texniki sazlama işlərinin vaxtında aparılmasına, istilik təchizatının etibarlılığına mühüm töhfə verir.
Qeyd edilib ki, bununla belə, bəzi ərazilərdə, xüsusilə məcburi köçkünlər üçün inşa edilmiş yaşayış komplekslərində ayrı-ayrı binaların sakinləri arasında ödənişdən kütləvi yayınma halları müşahidə olunur: "Belə ki, Ağcabədi rayonunda istehlak edilmiş 121,3 min manat dəyərində xidmətin müqabilində cəmi 17,5 %, Tərtər rayonunda 255,2 min manat xidmətin müqabilində 24,6 %, Bərdə rayonunda 319,6 min manat dəyərində xidmətin müqabilində 29,5 %, Goranboy rayonunda 93,4 min manat dəyərində xidmətin müqabilində 46 %, Sabunçu rayonu Ramana qəsəbəsində 63,5 min manat dəyərində xidmətin müqabilində 33,4 %, Sumqayıt şəhərində 173,7 min manat dəyərində xidmətin müqabilində 41,6 % ödəniş edilib ki, bu da həmin ərazilərdə zəruri təmir və texniki xidmət işlərinin vaxtında maliyyələşdirilməsini çətinləşdirir və hətta mümkünsüz edir. Bindadaxili istilik-mühəndis infrastrukturu ortaq olduğundan, bu işlərin gecikməsi ödənişlərini vaxtında edən sakinlərin də xidmət keyfiyyətinə təsir göstərə bilər".
Qurum bütün abonentlərin borclarını ödəməyə və cari ödənişləri vaxtında etməyə çağırır: "Hər bir istehlakçının ödəniş intizamı həm öz mənzilinin, həm də qonşularının dayanıqlı istilik təminatı üçün əhəmiyyətlidir".
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Bir mənzilin borcu bütün binanın istiliyinə təsir edəcək - Açıqlama
-
İsmayıllıda keçmiş məktəb direktoru vəfat edib
-
Nazirlikdən yaşa görə muavinətlərlə bağlı yeni xəbər
-
Bakıda külək, rayonlarda qar, leysan... - Hava ilə bağlı son məlumat
-
Paytaxtda küləyin fəsadları aradan qaldırılır - (Foto)
-
Məktəblərdə payız tətili başladı
XƏBƏR LENTİ
-
Azərbaycan millisi Andorra ilə qarşılaşacaq
-
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi - (Video)
-
""Hollivud"a dəvət alan ilk azərbaycanlı aktyoram" - (Video)
-
Bir mənzilin borcu bütün binanın istiliyinə təsir edəcək - Açıqlama
-
Makron özü ilə bağlı etiraf etdi: Hələ də yetkinləşə bilməyib
-
Azərbaycanda daha bir vəkil həbs edildi
-
İsmayıllıda keçmiş məktəb direktoru vəfat edib
-
Ermənistan telekanalında canlı efirdə dava - Siyasətçilər əlbəyaxa oldu - (Video)
-
Kamil Zeynallı qızının uğuruna kövrəldi - (Video)
-
Gürcüstan Brüsseldə keçiriləcək Aİ sammitindən imtina etdi
-
Nazirlikdən yaşa görə muavinətlərlə bağlı yeni xəbər
-
İki gündə 58 cinayət açıldı, 67 axtarışda olan şəxs tutuldu
-
Bakıda külək, rayonlarda qar, leysan... - Hava ilə bağlı son məlumat
-
Avropa Rusiyadan imtina edir, amma qaz böhranı dərinləşir - İndi kimdən asılıdır?
-
Paytaxtda küləyin fəsadları aradan qaldırılır - (Foto)
-
Əməl Sayın mirasını kimə qoyacaq?
-
Məktəblərdə payız tətili başladı
-
Muxtar Məmmədov vəfat etdi
-
Azərbaycan və Ermənistan nümayəndələri yenidən görüşəcək
-
Bakıda avtobus piyadanı vuraraq öldürdü
-
Bakıda güclü külək faciəyə səbəb oldu - Qadın hasarın altında qalaraq öldü
-
Serenay Sarıkayanı "Şabaniye"yə bənzətdilər - (Video)
-
2026-cı ilin qışı ilə bağlı şok proqnoz: Tarixdə cəmi 3 dəfə belə olub
-
Paytaxtın 7 küçəsində tıxac var





