Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsi təkmilləşdiriləcək - Fərman
Prezident İlham Əliyev Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Fərman imzalayıb.
Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Fərman davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində idarəetmə və nəzarət funksiyalarının icrasında iştirak edən dövlət orqanlarının (qurumlarının) koordinasiyalı fəaliyyətinin təşkili, bu sahədə fəaliyyətin səmərəliliyinin və çevikliyinin artırılması, rəqəmsal idarəetmə modellərinin tətbiqi, həmin ərazilərdə torpaqların effektiv idarə edilməsi, onların istifadəsinə və mühafizəsinə dövlət nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə imzalanıb.
Fərmana əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazisində (adalar, məskunlaşdırılmış və məskunlaşdırılması nəzərdə tutulan, sənaye, energetika, liman, müdafiə və sərhəd mühafizəsi məqsədləri üçün istifadə olunan, eləcə də normativ hüquqi aktlarla müəyyən edilmiş digər xüsusi statuslu ərazilər istisna olmaqla) (bundan sonra - sahilboyu ərazi) torpaqların idarə olunması, istifadəsi və onların mühafizəsinin təşkili sahələrində vahid dövlət siyasətinin həyata keçirilməsi, habelə fəaliyyət istiqamətlərinə uyğun olaraq sahilboyu ərazidə idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra - Xidmət) həvalə edilib.
Sahilboyu ərazidə idarəetmənin təşkili məqsədilə Xidmətin işçilərinin say həddi 40 (qırx) ştat vahidi artırılıb.
Azərbaycan Respublikasının Nazirlər Kabineti altı ay müddətində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri əsasında və beynəlxalq təcrübə nəzərə alınmaqla, aşağıdakılara dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir:
sahilboyu ərazinin xüsusi statusa malik ərazi kimi müəyyən edilməsi, onun zonalaşdırılması və hüquqi rejiminin müəyyən edilməsi, sahilboyu ərazidə ətraf mühitin mühafizəsi, iqtisadi sahələrin inkişafı, turizm, rekreasiya və digər fəaliyyət sahələrində dövlət orqanlarının (qurumlarının) idarəetmə və nəzarət funksiyalarının icrasında vahid yanaşmanın və koordinasiyalı idarəetmənin təşkili məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsinə;
torpaqların dövlət idarəetməsinin, onların istifadəsinə və mühafizəsinə dövlət nəzarətinin təkmilləşdirilməsi, qanunsuz zəbt hallarının qarşısının alınması, inzibati və cinayət məsuliyyəti tədbirlərinin gücləndirilməsi ilə bağlı normativ hüquqi aktların layihələrinə;
Bundan başqa Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su səthinin quru ilə təmas xəttinin mövcud vəziyyəti, sahilboyu ərazinin sərhədlərini və ölçülərini, həmçinin sahilboyu ərazinin kağız üzərində və rəqəmsal formada qrafik təsvirini altı ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Coğrafi İnformasiya Sistemləri (CİS) əsaslı aktual xəritələrin və məlumatların saxlanılmasını, habelə bu sahədə idarəetməni təmin edən informasiya sisteminin yaradılmasına dair təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Həmçinin sahilboyu ərazidə torpaqların dövlət idarəetməsinin, o cümlədən istifadəyə (icarəyə) verilməsinin Xidmət tərəfindən "bir pəncərə" prinsipi əsasında Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilməsi ilə bağlı müvafiq tədbirlər görməli, aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə sahilboyu ərazidə idarəetmə və nəzarət sahələrində görülmüş işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Həmçinin bu Fərmanın icrasından irəli gələn tədbirlərin (müşahidə sistemləri, yerlərdə monitorinqlərin keçirilməsi, söküntü, abadlıq və sanitar təmizlik işləri) həyata keçirilməsi, Xidmətin maddi-texniki təminatının möhkəmləndirilməsi məqsədilə zəruri maliyyə vəsaitinin ayrılmasına dair təkliflərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidir.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın icrasından irəli gələn məsələlərin dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görməlidir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
“Bir pəncərə” informasiya sistemi haqqında əsasnamə təsdiq edilib
-
“Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün bir milyon manat ayrılıb
-
Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsi təkmilləşdiriləcək - Fərman
-
Prezident İlham Əliyev Əmək Məcəlləsində dəyişiklikləri təsdiqləyib
-
Azərbaycan və Ermənistan nümayəndələri yenidən görüşəcək
-
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
XƏBƏR LENTİ
-
Luka Modriç Messinin rekordunu təkrarladı
-
Məzahir Qarayevə yüksək vəzifə verildi
-
“Bir pəncərə” informasiya sistemi haqqında əsasnamə təsdiq edilib
-
“Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün bir milyon manat ayrılıb
-
Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsi təkmilləşdiriləcək - Fərman
-
Demet Özdemirin yeni görünüşü müzakirə yaratdı - (Video)
-
Ayın 17-də qar yağacaq, 10 dərəcə şaxta olacaq - Proqnoz
-
Bakıda metroda faciə: 68 yaşlı kişi qatarda öldü
-
Generalın qızının ev dustaqlığına prokurordan etiraz - Həbs tələb olunur
-
Xaçmazda ev yandı - Ölən var
-
Bakıda bu ərazilərdə kirayə mənzillər bahalaşdı
-
Daha bir ölkədə “Telegram”a qadağa qoyuldu
-
Bank VTB (Azərbaycan)-dan Black Friday fürsəti: 0% komissiya ilə 100 000 AZN-dək kredit!
-
130 nəfər Azərbaycandan deportasiya edildi
-
Prezident İlham Əliyev Dövlət Qulluğu Məcəlləsini təsdiqləyib
-
Prezident İlham Əliyev Əmək Məcəlləsində dəyişiklikləri təsdiqləyib
-
Bakıda avtobus yolunu dəyişdi, dəniz kənarı ilə hərəkət etdi - (Video)
-
Gələn il bütün rayonlar öz xərclərini tam qarşılayacaq
-
Sahibkarların nəzərinə: Qiymətləri belə göstərənlər cərimələnəcək
-
Bu tarixlərdə maqnit qasırğası olacaq - Xəbərdarlıq
-
25 iş gününə 19 min manata yaxın maaş - Azərbaycanda iş elanı
-
Təhlükəsizlik yastığı sürücünün həyatını belə xilas etdi – (Video)
-
İşdən çıxarılan generala yeni vəzifə verildi
-
Fuad Nəcəfli aylar sonra görüntüləndi - (Foto)





