Dream Group International və iTicket Production arasında 10 illik strateji tərəfdaşlıq sazişi imzalanıb - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın beynəlxalq əyləncə sənayesində mövqeyinin gücləndirilməsi, dünya şöhrətli sənətçilərin ölkəyə cəlb olunması və tədbir turizminin inkişafı istiqamətində mühüm strateji tərəfdaşlığın əsası qoyulub.
14 noyabr 2026-cı il tarixində Dream Group International və iTicket Production arasında uzunmüddətli strateji tərəfdaşlıq sazişi imzalanıb. Sənədi Dream Group International tərəfindən Emin Ağalarov, iTicket Production tərəfindən isə Ziya Məmmədov imzalayıb.
10 ili əhatə edən əməkdaşlığın əsas məqsədi Azərbaycanı beynəlxalq konsertlərin, irimiqyaslı festivalların və mədəniyyət tədbirlərinin keçirildiyi aparıcı istiqamətlərdən birinə çevirmək, ölkənin qlobal əyləncə sənayesindəki mövqeyini möhkəmləndirmək və tədbir turizminin inkişafına yeni təkan verməkdir.
Strateji tərəfdaşlıq çərçivəsində dünya şöhrətli ifaçıların Azərbaycana dəvət olunması, beynəlxalq konsert turlarının marşrutlarına Bakının daxil edilməsi, nüfuzlu festival və şou formatlarının ölkəmizdə təqdim olunması, eləcə də yeni, davamlı əyləncə layihələrinin yaradılması istiqamətində birgə fəaliyyət nəzərdə tutulur.
"Tərəfdaşımız iTicket ilə birlikdə həm Sea Breeze-də, həm də ümumilikdə Azərbaycanda çoxsaylı konsertlər təşkil etmişik. Gələn il üçün böyük planlarımız var: yaxın zamanda dünya səviyyəli ulduzların çıxışlarını elan edəcəyik. DREAM Arena-nın 2028-ci ilin ikinci yarısında açılması ilə irimiqyaslı konsertlərin keçirilməsi üçün daha geniş imkanlar yaranacaq. Bu konsertlər ölkəyə turistlərin cəlb olunmasına və Azərbaycana beynəlxalq marağın artmasına töhfə verəcək", - deyə Sea Breeze-in təsisçisi və sahibi Emin Ağalarov bildirib.
Əməkdaşlığın əsas istiqamətlərindən biri də Sea Breeze ərazisində beynəlxalq əhəmiyyətli əyləncə ekosisteminin formalaşdırılmasıdır. Bu məqsədlə tərəflər növbəti on ili əhatə edən inkişaf yolu xəritəsi üzərində çalışacaq. Strategiya beynəlxalq musiqi və mədəniyyət tədbirlərinin təşkili, yeni festival konsepsiyalarının hazırlanması, əyləncə infrastrukturunun inkişafı, xarici tərəfdaşlıqların genişləndirilməsi və yerli istedadların dəstəklənməsi kimi istiqamətləri əhatə edəcək.
Tərəfdaşlıq yalnız konsert və festivalların təşkili ilə məhdudlaşmayacaq. Beynəlxalq tədbirlərin Azərbaycana daha çox xarici ziyarətçi cəlb etməsi məqsədilə aviaşirkətlər, hotellər, turizm operatorları və digər sektor nümayəndələri ilə əməkdaşlıq imkanları da nəzərdən keçiriləcək. Bununla da mədəniyyət və əyləncə tədbirlərinin ölkənin turizm potensialına, xidmət sektoruna və ümumilikdə iqtisadi fəallığına töhfə verməsi hədəflənir.
Saziş, eyni zamanda, hər iki şirkətin beynəlxalq əlaqələrinin, təşkilatçılıq təcrübəsinin və peşəkar resurslarının birləşdirilməsini nəzərdə tutur. İfaçıların cəlb olunması, tədbirlərin təşkili, bilet satışı, marketinq, sponsorluq və tədbir məkanlarının idarə edilməsi kimi sahələrdə təcrübə mübadiləsi birgə layihələrin inkişafında mühüm rol oynayacaq.
Dream Group International və iTicket Production arasında qurulan bu strateji tərəfdaşlıq ayrı-ayrı tədbirlərin təşkilindən daha geniş perspektivə əsaslanır. Tərəflərin ortaq hədəfi Azərbaycanı dünya əyləncə sənayesinin xəritəsində daha tanınan, beynəlxalq sənətçilər və milyonlarla musiqisevər üçün daha cəlbedici məkana çevirməkdir.
Məlumat üçün: iTicket Production iTicket Global şirkətlər qrupuna daxildir. iTicket Global bilet satışı və tədbir texnologiyaları sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur. Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Mərakeşdə təmsil olunan qrup mədəniyyət, əyləncə və idman tədbirləri üçün bilet satışı, texnoloji həllər və əməliyyat xidmətləri təqdim edir. Qrupun təcrübəsinə Formula 1 Azərbaycan Qran Prisi və WUF 13 kimi irimiqyaslı beynəlxalq tədbirlər daxildir.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Dream Group International və iTicket Production arasında 10 illik strateji tərəfdaşlıq sazişi imzalanıb - (Foto)
-
Əhaliyə şad xəbər - Minimum əməkhaqqı bu qədər olacaq
-
Dəniz qırağı ilə gedən avtobusun marşrutu dəyişdirildi (Video)
-
Ayın 17-də qar yağacaq, 10 dərəcə şaxta olacaq - Proqnoz
-
Bank VTB (Azərbaycan)-dan Black Friday fürsəti: 0% komissiya ilə 100 000 AZN-dək kredit!
-
Prezident İlham Əliyev Dövlət Qulluğu Məcəlləsini təsdiqləyib
XƏBƏR LENTİ
-
Can Yamanın yeni görünüşü təəccübləndirdi - (Video)
-
Dream Group International və iTicket Production arasında 10 illik strateji tərəfdaşlıq sazişi imzalanıb - (Foto)
-
Tolik məşhur türk serialının çəkildiyi məkanda - (Foto)
-
Romelu Lukaku millidən getdi
-
“Bossların bossu” öldü
-
Binəqədidə obyekt yanır
-
Neymar hamilə xanımına Vinisiusun keçmiş sevgilisi ilə xəyanət edib - (Foto)
-
Rusiyanın itkiləri yeniləndi
-
Brüsseldə NATO-Azərbaycan formatında görüş keçirilib
-
İngiltərə tarix yazdı: İspaniyanın 43 oyunluq seriyasına son qoydu
-
Nəsimi Musayevdən xəbər var
-
Bakıda ərini yandıran qadın saxlanıldı
-
Günel Ələkbərova: "Yazırlar ki, Oqtayın ailəsini dağıtmışam, neçə ildir bir yerdəyik"
-
Qara dənizdə yük gəmisi batır
-
Əhaliyə şad xəbər - Minimum əməkhaqqı bu qədər olacaq
-
Qədəşovun 14 milyon manat mənimsəyən kürəkəninə hökm oxundu - "Atlant" müsadirə edildi
-
Dəniz qırağı ilə gedən avtobusun marşrutu dəyişdirildi (Video)
-
Elariz ABŞ-dəki qazancından danışdı
-
Luka Modriç Messinin rekordunu təkrarladı
-
Məzahir Qarayevə yüksək vəzifə verildi
-
“Bir pəncərə” informasiya sistemi haqqında əsasnamə təsdiq edilib
-
“Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün bir milyon manat ayrılıb
-
Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsi təkmilləşdiriləcək - Fərman
-
Demet Özdemirin yeni görünüşü müzakirə yaratdı - (Video)





