Kamran Əliyev: "Qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə gücləndirilməlidir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Korrupsiya, insan alveri və narkotiklərin qanunsuz dövriyyəsi nəticəsində əldə olunan vəsaitlərin leqallaşdırılmasına qarşı mübarizə mühüm əhəmiyyət daşıyır. Bu cinayətlərə qarşı mübarizə ilə yanaşı, onların nəticəsində əldə olunan gəlirlərin leqallaşdırılmasına qarşı da mübarizə aparılmalıdır.
Milli.Az xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Trend Beynəlxalq İnformasiya Agentliyinə və Real Təhlil İnformasiya Mərkəzinə birgə müsahibəsində deyib.
Korrupsiyaya şərait yaradan halların əvvəlcədən aradan qaldırılması barədə sualı cavablandıran Baş prokuror ASAN xidmət mərkəzlərinin yaradılmasını mühüm qabaqlayıcı tədbir kimi qiymətləndirib.
"Korrupsiya cinayətləri bəşəriyyəti daim narahat edib. Müasir dünyada istər Avropada, istərsə də planetin digər bölgələrində bu cinayətlər cəmiyyət və dövlət üçün ciddi problem olaraq qalır. Hesab edirəm ki, ölkəmizin siyasi rəhbərliyi tərəfindən bu sahədə kifayət qədər uğurlu işlər görülür.
Qabaqlayıcı tədbir kimi ASAN xidmət mərkəzlərinin yaradılmasını xüsusi qeyd etmək istəyirəm. Bu, mühüm profilaktik addım idi. Həmin mərkəzlərin yaradılması nəticəsində ölkəmizdə korrupsiya cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azaldı. Bu gün də fəaliyyətimizi, əsasən, belə cinayətlərin qarşısının alınmasına yönəldirik", - deyə Baş prokuror bildirib.
Kamran Əliyev qeyd edib ki, qabaqlayıcı tədbirlərlə yanaşı, korrupsiya cinayətləri üzrə cinayət təqibi də aparılmalıdır. Onun sözlərinə görə, bu istiqamətdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi fəaliyyət göstərir.
"İctimaiyyəti bu sahədə daim məlumatlandırmağa çalışırıq. Hər bir cinayət təqibini, eyni zamanda, maarifləndirici və qabaqlayıcı tədbir kimi qiymətləndirmək olar. Çünki belə hallara qarşı barışmaz münasibət prokurorluq və digər hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən ən mühüm qabaqlayıcı tədbirlərdən biridir", - deyə o vurğulayıb.
Korrupsiya və insan alveri cinayətlərinə qarşı mübarizəni dəyərləndirən Baş prokuror bildirib ki, bu cinayətləri, eləcə də narkotiklərin qanunsuz dövriyyəsini birləşdirən cəhətlərdən biri qanunsuz gəlir əldə edilməsidir.
"Korrupsiya cinayətlərini, insan alverini, narkotiklərin qanunsuz dövriyyəsini və bu kimi digər cinayətləri birləşdirən amillərdən biri qanunsuz gəlir əldə edilməsidir. Bu cinayətlər nəticəsində əldə olunan maliyyə vəsaitləri sonradan leqallaşdırılır və istifadə edilir", - deyə Kamran Əliyev bildirib.
Onun sözlərinə görə, insan alverinə qarşı mübarizə sahəsində dövlət qurumları fəaliyyətlərini əlaqələndirirlər. Baş prokuror bu sahədə 2026-2030-cu illəri əhatə edən dövlət proqramına və Daxili İşlər Nazirliyinin müvafiq idarəsinin fəaliyyətinə də toxunub.
"Ölkəmizdə insan alverinə qarşı kəsərli mübarizə aparılır. Bununla bağlı 2026-2030-cu illəri əhatə edən dövlət proqramı var. Daxili İşlər Nazirliyinin müvafiq idarəsi də fəaliyyət göstərir və bu sahədə dövlət qurumları işlərini əlaqələndirirlər. Əsas məsələlərdən biri həm bu cinayətlərə, həm də onların nəticəsində əldə olunan maliyyə vəsaitlərinin leqallaşdırılmasına qarşı mübarizə aparmaqdır", - deyə o, bildirib.
Kamran Əliyev vurğulayıb ki, mübarizə həm cinayətlərin özünü, həm də onlardan əldə olunan vəsaitlərin leqallaşdırılmasını əhatə etməlidir:
"Cinayətlərin özünə qarşı mübarizə aparıb, onlardan əldə edilən vəsaitlərin leqallaşdırılmasına qarşı kifayət qədər səmərəli mübarizə aparmasaq, nəticə əldə edə bilmərik. Eyni zamanda, yalnız qanunsuz vəsaitlərin leqallaşdırılmasına diqqət yetirib həmin vəsaitlərin hansı cinayətlərdən əldə olunduğunu diqqətdən kənarda qoysaq, mübarizə yenə səmərəli olmayacaq. Fəaliyyətimizin hər iki istiqamətdə səmərəli olmasına çalışırıq".
Qeyd edək ki, Baş prokuror Kamran Əliyevin Trend Beynəlxalq İnformasiya Agentliyinə və Real Təhlil İnformasiya Mərkəzinə verdiyi birgə müsahibə sentyabrın 30-u saat 21:00-da yayımlanacaq.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
“Əqrəb mövsümü”ndəki öpüşmə səhnəsinə görə peşmandır
-
Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil
-
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
-
80 yaşlı Rahilə Quliyevanın ölkədən çıxışına məhdudiyyət qoyuldu
-
Günəl maşın qiymətinə yeni diş yığdırıb: 25 min manat
-
Füzulidə dəhşətli qəza: 3 ölü, 4 yaralı var - (Foto)
XƏBƏR LENTİ
-
“Əqrəb mövsümü”ndəki öpüşmə səhnəsinə görə peşmandır
-
Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil
-
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
-
Ayxan Abbasov: "Qarşımıza qoyduğumuz vəzifəni yerinə yetirdik"
-
80 yaşlı Rahilə Quliyevanın ölkədən çıxışına məhdudiyyət qoyuldu
-
Günəl maşın qiymətinə yeni diş yığdırıb: 25 min manat
-
Füzulidə dəhşətli qəza: 3 ölü, 4 yaralı var - (Foto)
-
Paşinyan Antalyadan götürdüyü bananı bu şəhərə gətirdi – (Video)
-
Türkiyə səhəri zəlzələlərlə açdı
-
Naxçıvanda deputat ağır qəzaya düşdü: Ölən var - (Foto)
-
Millətlər Liqası: Niderland Yunanıstanı darmadağın etdi - Nəticələr
-
Çiçək və ya şabalıd deyilmiş - Ən sağlam bal açıqlandı
-
Kərə yağını kimlər yeməməlidir? – Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq
-
“Survivor”ın məşhur iştirakçısı tanınmaz halda - (Foto)
-
Üç bürcün həyatı yaxşılığa doğru dəyişəcək
-
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
-
Dünyada sahili olmayan yeganə dəniz
-
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
-
Millimiz Lixtenşteynə qalib gəldi
-
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb - (Foto)
-
Azərbaycanlı serial ulduzu uşaqlıqdan bu günə - (Fotolar)
-
Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin
-
Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır
-
Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu





