Ölkə

80 yaşlı Rahilə Quliyevanın ölkədən çıxışına məhdudiyyət qoyuldu

14 Noyabr 2026 09:39
Baxış: 131
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanda vergi borcu olan 80 yaşlı qadının ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulub.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, Rahilə Quliyevanın Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə 5 394.14 manat vergi borcu yaranıb. Müəyyən müddət keçməsinə baxmayaraq, borc ödənilməyib.

Dövlət Vergi Xidmətinin ərazi üzrə vergi idarəsi borcun ödənilməsi ilə bağlı Rahilə Quliyevaya dəfələrlə bildiriş göndərib. Lakin buna baxmayaraq, ödəniş həyata keçirilməyib. Nəticədə idarə onun barəsində məhkəməyə müraciət edib.

İddiada borc tam ödənilənədək 80 yaşlı qadının ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması tələb edilib.

Məhkəmə iddianı təmin edib. Qərara əsasən, R.Quliyevanın ölkədən çıxışına müvəqqəti qadağa qoyulub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.