Hadisə

Rusiyada ağır qəzada azərbaycan vətəndaşı həlak oldu - (Video)

13 Noyabr 2026 23:30
Baxış: 146
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiyada baş verən yol-nəqliyyat hadisəsində azərbaycanlı həlak olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Kalmıkiya Respublikasının paytaxtı Elista şəhərinin yaxınlığındakı magistral yolda qeydə alınıb.

Belə ki, Azərbaycan vətəndaşının idarə etdiyi DAF markalı yük avtomobili, "Mercedes" markalı yük avtomobili və "Volkswagen" markalı mikroavtobus toqquşub.

Qəza nəticəsində Vüqar adlı həmyerlimiz aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Daha iki Rusiya vətəndaşı isə xəsarət alıb.

Faktla bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.