Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak ediblər - (Foto)
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində IDEA İctimai Birliyi və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) tərəfdaşlığı ilə "Geri çəkilən dəniz: Xəzər bölgəsində iqlim, təbiət və insanlar" mövzusunda tədbir təşkil edilib.
Milli.Az xəbər verir ki, tədbirin açılışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva qeyd edib ki, Xəzər dənizinin səviyyəsinin azalması burada yaşayan nadir canlı növləri, o cümlədən nərə balıqları və Xəzər suitilərinin mövcudluğunu təhlükə altına qoyur. O, dənizin ekoloji problemlərinin həlli üçün elmi tədqiqatların genişləndirilməsinin, beynəlxalq əməkdaşlığın və birgə fəaliyyətin vacibliyini vurğulayıb.
Çıxışında IDEA İctimai Birliyinin bu istiqamətdə həyata keçirdiyi layihələrə toxunan Leyla Əliyeva bildirib ki, Xəzər suitilərinin sayının azalmasının səbəblərini araşdırmaq məqsədilə elmi ekspedisiyalar təşkil edilib, balıq ehtiyatlarının bərpası üçün müxtəlif növ balıq körpələri su hövzələrinə buraxılıb.
Leyla Əliyeva IDEA-nın Xəzər sahillərinin təmizlənməsi istiqamətində həyata keçirdiyi təşəbbüslər barədə də məlumat verib. Qeyd olunub ki, 2011-ci ildən etibarən təşkil edilən sahilyanı təmizlik aksiyalarına 7 minə yaxın könüllü qoşulub, 120 tondan çox tullantı toplanaraq təkrar emala yönəldilib. O, Xəzər dənizinin gələcəyinin bu gün qəbul edilən qərarlardan asılı olduğunu vurğulayaraq, onun zəngin təbiətini gələcək nəsillər üçün qorumağa çağırıb.
Tədbirin açılışında, həmçinin IUCN-in Baş direktorunun müavini Stüart Maqinnis və BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) Dayanıqlı Enerji Bölməsinin direktoru Dario Liquti çıxış ediblər.
Daha sonra keçirilən panel müzakirələrində IDEA İctimai Birliyinin Xəzər tədqiqatları üzrə eksperti Elnur Səfərov, Böyük Britaniyanın Lids Universitetinin nümayəndəsi Saymon Qudman, "Great Whale Conservancy" təşkilatının təsisçisi və icraçı direktoru Maykl Fişbax, eləcə də Cenevrə Universitetinin nümayəndəsi, Caspisnet şəbəkəsinin sədri Aleksandr Hedjazi iştirak ediblər.
Müzakirələr zamanı Xəzər dənizinin səviyyəsinin azalmasına təsir edən iqlim amilləri, biomüxtəlifliyin qorunması, dəniz ekosistemlərinin dəyişən şəraitə uyğunlaşdırılması və regional əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə IDEA İctimai Birliyi tərəfindən hazırlanmış Xəzər dənizinin mövcud ekoloji vəziyyətinə həsr olunan qısametrajlı sənədli film nümayiş edilib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak ediblər - (Foto)
-
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb - (Video)
-
Azərbaycan Avropa Siyasi Birliyində öz sözünü deyir – Sahil Kərimli
-
Azərbaycan XİN BƏƏ-də baş vermiş yol qəzası ilə bağlı başsağlığı verib
-
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan üç bəyanatına qoşulmadı - XİN
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib
XƏBƏR LENTİ
-
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak ediblər - (Foto)
-
Dezodorant sağlamlığınızı necə məhv edir – Həkimlərdən xəbərdarlıq
-
Emrə Altuğun əsl adı üzə çıxdı
-
Bu gün Bakıda baş vermiş ağır qəzanın anbaan videosu
-
Bir həftədə zirvədən eniş: "Nvidia" rəhbərinin xəyanət etirafı və milyardlıq itkilər
-
Şagird 1500 manat oğurlayıb dönər aldı
-
Azərbaycan millisində ciddi itki - Bu gün oynamayacaq
-
Sumqayıtda yol çökdü - (Video)
-
Tələbələri fotoları ilə şantaj edən şəxs saxlanılıb - (Video)
-
Aleksey Kaşuk “Qarabağ"dan ayrılmaq istədiyini etiraf etdi - Müsahibə
-
Nazpəri Dostəliyeva 5 il əvvəl çıxdığı işə qayıdır?
-
Biləsuvarda motosikletlə yük maşını toqquşub, ölən var
-
Tovuzda hamilə qadın bıçaqlandı - qardaşı saxlanıldı - Yenilənib
-
HONOR Çində bazara liderlik edir: Magic9 seriyası uğurun əsas hərəkətverici qüvvəsidir
-
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb - (Video)
-
Azərbaycan Avropa Siyasi Birliyində öz sözünü deyir – Sahil Kərimli
-
Makron özünü gülünc duruma saldı - (Foto)
-
Şəfiqə Məmmədova və Fəxrəddin Manafov “Laçından keçən ulduzlar” layihəsinin ilk qonaqları olublar - (Foto)
-
“Obitus” filminin qala gecəsi Park Cinema Flame Towers kinoteatrında baş tutacaq
-
Əyyub Quliyevin rəhbərliyi ilə Dövlət Kamera Orkestrinin konserti keçirildi - (Foto)
-
Deputatlar üç gün toplaşacaq: Büdcə, pensiya və sosial ödənişlərlə bağlı qərarlar
-
Obitus filminin Qala Gecəsi Park Cinemada
-
ADY oktyabrda rekord sayda sərnişin daşıyıb
-
Əməkdar artist: "Elə bilirdilər ayaqlarım əyridir ki, uzun geyinirəm"





