Azərbaycan Avropa Siyasi Birliyində öz sözünü deyir – Sahil Kərimli
Prezident İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin (ASB) sammiti çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın dünyada artan nüfuzunun, ölkəmizə göstərilən hörmət və ehtiramın bariz nümunəsi idi. Təxminən bir gün ərzində 10-a yaxın ölkə lideri ilə görüşlərin keçirilməsi Azərbaycanın beynəlxalq müstəvidə artan rolunu və mövqeyini bir daha nümayiş etdirdi.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu fikirləri Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.
Onun sözlərinə görə, Azərbaycan uzun illərdir dünyanın, xüsusilə də Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən ölkələrdən biridir. Bu baxımdan Prezident İlham Əliyevin enerji təhlükəsizliyi məsələsinə həsr olunmuş paneldə çıxışı xüsusi əhəmiyyət daşıyırdı.
"Sammit çərçivəsində Azərbaycan ilə Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanmasını və ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini xüsusi vurğulamalıyıq. Bu hadisə Azərbaycanın növbəti nüfuzlu Avropa ölkəsi ilə münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Məlum olduğu kimi, Azərbaycan Amerika Birləşmiş Ştatları, Avropa İttifaqının 10 üzv ölkəsi ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Eyni zamanda, Avropa İttifaqı ilə strateji məzmunlu dialoqun aparılması ölkəmizin beynəlxalq uğurlarının və dünyada artan nüfuzunun göstəricilərindəndir", - deyə politoloq əlavə edib.
Bütün bunların ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinin bariz təzahürü olduğunu deyən S.Kərimli bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq enerji təhlükəsizliyi, alternativ enerji mənbələrinin müəyyənləşdirilməsi və bu sahədə layihələrin həyata keçirilməsi, həmçinin Orta Dəhliz çərçivəsində ölkəmizin tutduğu mövqe kimi mühüm istiqamətləri əhatə edir. Xüsusilə Orta Dəhlizdə Azərbaycanın mövqeyi əvəzolunmazdır. Bu amillər ölkəmizin beynəlxalq nüfuzunun və strateji əhəmiyyətinin daha da artmasına xidmət edir.
"Avropa Siyasi Birliyi" də bu gün genişlənən və əhəmiyyəti artan platformadır. Azərbaycan bu platformada öz sözünü deyir, artan nüfuzundan və mövqeyindən istifadə edərək beynəlxalq müstəvidə yerini daha da möhkəmləndirir. Ölkəmizin Avropa dövlətləri ilə əməkdaşlığının genişləndirilməsi, qarşılıqlı iqtisadi əlaqələrin, o cümlədən idxal-ixrac əməliyyatlarının inkişafı istiqamətində atdığı addımlar da xüsusi vurğulanmalıdır.
Bundan başqa, Ermənistan-Azərbaycan sülh gündəliyi çərçivəsində atılan addımlar da ölkəmizin konstruktiv mövqeyini göstərir. Azərbaycan dövləti iki ölkə arasında sülh müqaviləsinin imzalanması istiqamətində bütün mümkün imkanlarını ortaya qoyub, xoş niyyətini və qətiyyətli siyasi iradəsini nümayiş etdirib. Azərbaycanın müəyyən etdiyi çərçivə əsasında sülhə doğru irəliləyişlər əldə olunur.
Bütün bunlar isə onu göstərir ki, Azərbaycan təkcə regionda və dünyada enerji təhlükəsizliyinə deyil, eyni zamanda, sülhə və təhlükəsizliyə də mühüm töhfə verən ölkədir. Bütün bu amillər gələcəkdə Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə, siyasi və iqtisadi əlaqələrinin genişlənməsinə, həmçinin müxtəlif istiqamətlərdə imkanlarının artmasına şərait yaradacaq", - deyə politoloq fikrini yekunlaşdırıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
-
Azərbaycan Avropa Siyasi Birliyində öz sözünü deyir – Sahil Kərimli
-
Azərbaycan XİN BƏƏ-də baş vermiş yol qəzası ilə bağlı başsağlığı verib
-
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan üç bəyanatına qoşulmadı - XİN
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Böyük Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb - (Video)
XƏBƏR LENTİ
-
Tovuzda hamilə qadın bıçaqlandı - qardaşı saxlanıldı - Yenilənib
-
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
-
Azərbaycan Avropa Siyasi Birliyində öz sözünü deyir – Sahil Kərimli
-
Makron özünü gülünc duruma saldı - (Foto)
-
Şəfiqə Məmmədova və Fəxrəddin Manafov “Laçından keçən ulduzlar” layihəsinin ilk qonaqları olublar - (Foto)
-
“Obitus” filminin qala gecəsi Park Cinema Flame Towers kinoteatrında baş tutacaq
-
Əyyub Quliyevin rəhbərliyi ilə Dövlət Kamera Orkestrinin konserti keçirildi - (Foto)
-
Deputatlar üç gün toplaşacaq: Büdcə, pensiya və sosial ödənişlərlə bağlı qərarlar
-
Obitus filminin Qala Gecəsi Park Cinemada
-
ADY oktyabrda rekord sayda sərnişin daşıyıb
-
Əməkdar artist: "Elə bilirdilər ayaqlarım əyridir ki, uzun geyinirəm"
-
Külək güclənəcək - Xəbərdarlıq verildi
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var - (Yenilənib)
-
Özcan Deniz Park Cinemaya gəlir!
-
Sofiyada “Azərbaycan Xalçaları Həftəsi” keçirilib: milli irsimiz Bolqarıstanda geniş şəkildə təqdim olunub - (Foto)
-
"Mingəçevir" komandası baş məşqçisi Elman Sultanovla yollarını ayırıb
-
Cəlil Məmmədquluzadənin “Kamança” pyesinin motivləri əsasında “Kamança 20/20” adlı yeni tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
“Mançester Yunayted”in baş məşqçisi açıqlandı
-
Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu oldu
-
Aysun yenicə əməliyyatdan çıxmış bacısı Yana ilə: "Sonra da deyirlər ki, küsülüyük” - (Video)
-
Azərbaycan XİN BƏƏ-də baş vermiş yol qəzası ilə bağlı başsağlığı verib
-
Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
-
Nurməhəmmədov həbs olundu: 81 min dollar cərimə...
-
Toraldan atmacalı sözlər





