Maraqlı

Özcan Deniz Park Cinemaya gəlir!

13 Noyabr 2026 16:54
Baxış: 128
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyənin tanınmış aktyoru, rejissoru və müğənnisi Özcan Deniz yeni "Son Yemek" filmini təqdim etmək üçün Bakıya gəlir.

23 noyabr 2026-cı il tarixində Park Cinema Flame Towers kinoteatrında filmin qala gecəsi baş tutacaq. Tədbir çərçivəsində tamaşaçılar məşhur sənətçi ilə canlı görüşmək və onun iştirakı ilə filmi böyük ekranda izləmək imkanı əldə edəcəklər.

Qala gecəsi saat 19:00-da başlayacaq, filmin xüsusi nümayişi isə saat 20:20-21:00 saatlarında keçiriləcək.

Tədbirə biletlər artıq satışdadır. Yerlərin sayı məhduddur.

Tarix: 23 noyabr 2026-cı il
Məkan: Park Cinema Flame Towers
Qala gecəsi: 19:00
Film nümayişi: 20:20

Biletlər: https://new.parkcinema.az/az/movie/6aeb1e31beadce0d132470d3

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.