İdman

Qvardiolanın yeni iş yeri bəlli oldu

13 Noyabr 2026 14:30
Baxış: 73
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ Futbol Federasiyası milli komandanın sükanı arxasına keçirmək üçün Pep Qvardiolanın namizədliyini nəzərdən keçirir.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis ABŞ rəsmilərinin mümkün baş məşqçilər siyahısında əsas favoritlərdən biri deyil, birbaşa bir nömrəli seçim kimi göstərilir.

55 yaşlı çalışdırıcının məşqçiliyə qayıtmağa hazır olduğu və okeanın o tayından gələ biləcək təklifə müsbət yanaşdığı iddia edilir.

Qeyd edək ki, Qvardiolanın adı son günlər "Mançester Yunayted"in baş məşqçi postu ilə bağlı da hallanıb. Klubun yeni çalışdırıcı axtarışı fonunda Maurisio Poçettino da mümkün namizədlər sırasında göstərilirdi.

ABŞ Futbol Federasiyasının isə milli komanda üçün Pep Qvardiolanı əsas hədəf seçdiyi bildirilir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.