Cəmiyyət

Qriqori Lepsin keçmiş sevgilisi azərbaycanlı iş adamı ilə evlənir: Nazir müavininin oğludur - (Foto)

13 Noyabr 2026 14:06
Baxış: 95
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiyalı bloger Avrora Kiba azərbaycanlı iş adamı Rüstəm Hacıyevlə ailə qurmağa hazırlaşır. Cütlüyün toy mərasiminin bu gün Bakıda keçiriləcəyi bildirilir.

Milli.Az musavat.com-a istinadən bildirir ki,  bu barədə "StarHit" məlumat yayıb.

Məlumata görə, 20 yaşlı Avrora Kiba 36 yaşlı Rüstəm Hacıyevlə noyabrın 13-də - cümə günü nikah masasına əyləşəcək. Mənbələrin iddiasına əsasən, mərasim genişmiqyaslı olacaq.

Cütlüyün münasibətləri barədə ilk xəbərlər 2026-cı ilin fevralında yayılıb. Həmin vaxt onlar Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən karnavalda birlikdə görüntüləniblər. Mart ayında isə Avrora Çindən sevgilisi ilə birgə fotolarını paylaşaraq münasibətlərini ictimailəşdirib.

Bloger daha sonra Rüstəmlə necə tanış olduğunu da açıqlayıb. Onun sözlərinə görə, onları ortaq rəfiqələri - Rüstəmin qardaşının həyat yoldaşı tanış edib. Avrora uşaqlıq arzusunu gerçəkləşdirmək üçün Braziliyaya karnavala dəvət olunub və həmin səfər zamanı Rüstəmlə münasibətləri daha da yaxınlaşıb.

Məqalədə qeyd olunur ki, Rüstəm Hacıyev 2012-ci ildən Azərbaycanda kollektor agentliyinə rəhbərlik edir. Onun atası Rauf Hacıyev ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsində çalışır.

Avrora Kiba bundan əvvəl məşhur rusiyalı müğənni Qriqori Lepslə münasibətləri ilə gündəmə gəlmişdi. Onların münasibəti təxminən iki il davam edib. Leps 2024-cü ilin iyununda Avroranı ictimaiyyətə nişanlısı kimi təqdim etmişdi. Cütlük arasında 44 yaş fərqi vardı.

Avrora bu ilin yanvarında Lepslə ayrıldıqlarını açıqlamışdı. O, ayrılığın qalmaqalsız baş verdiyini, münasibətlərinin xoş xatirələrlə yadda qaldığını bildirmişdi.

Maraqlıdır ki, Avrora Rüstəmlə nişanlanması barədə indiyədək açıq məlumat verməyib, üzük fotosu paylaşmayıb. Buna görə də toy xəbəri onun izləyiciləri üçün gözlənilməz olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.