Cəlil Məmmədquluzadənin “Kamança” pyesinin motivləri əsasında “Kamança 20/20” adlı yeni tamaşanın məşqlərinə başlanılıb - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Akademik Milli Dram Teatrında Azərbaycanın görkəmli yazıçı-dramaturqu Cəlil Məmmədquluzadənin "Kamança" pyesinin motivləri əsasında "Kamança 20/20" adlı yeni tamaşanın məşqlərinə başlanılıb.
Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov yeni tamaşa münasibətilə yaradıcı heyəti təbrik edib, uğurlar arzulayıb.
Tamaşada Xalq artistləri Sabir Məmmədov, Kazım Abdullayev, əməkdar artistlər Gülşad Baxşıyeva, Elnar Qarayev, aktyorlar Rüstəm Rüstəmov, Ramin Şıxəliyev, Şəhla Əliqızı, Lalə Süleymanova, Səmayə Qulamzadə, Nəzrin Abdullayeva, Xədicə Novruzlu, Xədicə Bayramova, Elşən Əskərov, Elsevər Rəhimov, Vüsal Mustafayev, Elçin Nurəliyev, Kənan Hüseynov, Nihad Aslan, Əliulla Vəliyev, Rüfət Əhmədov, Muhuma Sahov, Əli Rasimoğlu və Rəvan Səmədov iştirak edirlər.
Yeni səhnə əsərinin quruluşçu rejissor və səhnələşdirmə müəllifi Nihad Qulamzadə, quruluşçu rəssamı İlham Əsgərov, bəstəkarı Vüqar Babayev, qrafik həll Binyamin Sailov, işıq üzrə rəssamı Rafael Həsənov, dekor -konstruktoru Şakir Məmiyev, rejissor assistenti Fəridə Zülfüqarlıdır.
"Kamança 20/20" tamaşası ölməz Cəlil Məmmədquluzadənin eyniadlı pyesinin motivləri əsasında hazırlanmış müasir səhnə yozumudur. Tamaşa klassik mətnin ideya mahiyyətini qorumaqla yanaşı, onu XXI əsrin tarixi və mənəvi reallığı ilə üz-üzə gətirir. Tamaşanın əsas fərqləndirici cəhəti müharibəni təkcə qəhrəmanlıq və ya məğlubiyyət prizmasından deyil, insan vicdanı, seçim azadlığı və mənəvi məsuliyyət kontekstində təqdim etməsidir. Bu yaddaş dramı 1920 və 2020-ci illərin Qarabağ müharibələrini paralel şəkildə birləşdirir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Sofiyada “Azərbaycan Xalçaları Həftəsi” keçirilib: milli irsimiz Bolqarıstanda geniş şəkildə təqdim olunub - (Foto)
-
Cəlil Məmmədquluzadənin “Kamança” pyesinin motivləri əsasında “Kamança 20/20” adlı yeni tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
Xalq rəssamı Oqtay Şıxəliyevin 95 illik yubileyinə həsr olunmuş sərginin açılışı keçirilib - (Foto)
-
Əli Əmirlinin “İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı yeni tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
Azərbaycanlı rejissorun filminin Almaniyada təqdimatı olub - (Foto)
-
“PAYIZ ETÜDLƏRİ” adlı yaradıcılıq sərgisinə əsər qəbulu elan olunur
XƏBƏR LENTİ
-
Sofiyada “Azərbaycan Xalçaları Həftəsi” keçirilib: milli irsimiz Bolqarıstanda geniş şəkildə təqdim olunub - (Foto)
-
"Mingəçevir" komandası baş məşqçisi Elman Sultanovla yollarını ayırıb
-
Cəlil Məmmədquluzadənin “Kamança” pyesinin motivləri əsasında “Kamança 20/20” adlı yeni tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
“Mançester Yunayted”in baş məşqçisi açıqlandı
-
Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu oldu
-
Aysun yenicə əməliyyatdan çıxmış bacısı Yana ilə: "Sonra da deyirlər ki, küsülüyük” - (Video)
-
Azərbaycan XİN BƏƏ-də baş vermiş yol qəzası ilə bağlı başsağlığı verib
-
Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
-
Nurməhəmmədov həbs olundu: 81 min dollar cərimə...
-
Toraldan atmacalı sözlər
-
Polad Həşimovun anasının son durumu açıqlandı
-
Türkiyədə qadın 6 aylıq sevgilisinə 406 min manatlıq saat bağışladı - (Video)
-
Kuryer motosikletlə məktəblini vurdu - Anbaan video - (Yenilənib)
-
Bakıda baş redaktor həbs edildi
-
İrlandiyada Zelenskinin kortejinə yumurta atdılar
-
Azərbaycanlı müğənni tanınmaz halda: 28 kilo arıqladı - (Video)
-
Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? - AQC rəsmisindən açıqlama
-
İrandan Almaniyaya gedən yükdə 29 kiloqram metamfetamin aşkarlandı
-
5 günlük tətil başlayır
-
Boşanan cütlüyün duyğusal anları diqqət çəkdi – Həm güldü, həm də ağladı - (Video)
-
Damlanın müzakirə yaradan market Videosu
-
Hava kəskin dəyişir - Temperatur 10 dərəcəyədək enəcək
-
Bu yanacaqdoldurma məntəqəsində təhlükəsizlik qaydaları pozulub - Bağlandı
-
Eduard Məmmədov Avropa çempionu oldu, Fuad Zeynalov finalda uduzdu - (Foto)





