Maraqlı

Obitus filminin Qala Gecəsi Park Cinemada

13 Noyabr 2026 17:25
Baxış: 123
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan istehsalı olan "Obitus" filminin qala gecəsi 18 noyabr 2026-cı il tarixində Park Cinema Flame Towers kinoteatrında baş tutacaq.

Hollivud filmlərini xatırladan atmosferi, vizual effektləri və gərgin süjeti ilə diqqət çəkən ekran əsəri Azərbaycan tamaşaçılarına təqdim olunacaq.

Filmin süjeti dağıdıcı seldən sonra ucqar kənddə yayılan naməlum parazitar infeksiyadan bəhs edir. Yoluxan insanların dəyişməsi ilə kənd ölümcül təhlükə zonasına çevrilir. Hadisələrin mərkəzində isə sağ qalmaq uğrunda mübarizə aparan Damien və qızı Luna dayanır.

Qala gecəsi çərçivəsində tamaşaçılar filmin yaradıcı heyəti ilə görüşmək və ekran əsərini böyük ekranda izləmək imkanı əldə edəcəklər.

Tədbirə biletlər artıq satışdadır. Yerlərin sayı məhduddur.

Tarix: 18 noyabr 2026-cı il
Məkan: Park Cinema Flame Towers
Qala gecəsi: 18:00
Film nümayişi: 20:30

Biletlər:

https://new.parkcinema.az/az/movie/6aeb1e31beadce0d132470d1

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.