Sizi qızışdırmağa çalışanlara qarşı bu 5 addımı atın
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Zəhərli davranışlar sərgiləyən insanlar heç də həmişə açıq mübahisəyə başlamır. Bəzən alçaldıcı bir söz, narahatedici bir baxış və ya qəsdən edilən bir təhrik qarşı tərəfin özündən şübhə etməsi üçün kifayət edir.
Milli.Az xəbər verir ki,belə hallarda sərt reaksiya vermək əvəzinə, sakitliyinizi qoruyaraq sərhəd çəkməyinizi təmin edəcək bəzi üsullardan istifadə etmək olar.
Göz təmasını dərhal kəsməyin: Qarşınızdakı insan sizi qızışdırmağa çalışarkən gözlərinizi qaçırmaq və ya gərgin şəkildə gülümsəmək əvəzinə, bir neçə saniyə boyunca sakit şəkildə göz təmasınızı qoruyub saxlaya bilərsiniz. Ardından heç nə olmamış kimi gördüyünüz işə davam edin. Buradakı məqsəd qarşı tərəfi qorxutmaq və ya güc nümayişinə girişmək deyil, təhrikdən təsirlənmədiyinizi nümayiş etdirməkdir.
Bədən dilinizə nəzarət edin: Çətin bir ünsiyyət zamanı bədən dili sözlər qədər təsirli ola bilər. Çiyinləri aşağı salmaq, dayanmadan hərəkət etmək və ya özünüzü kiçiltməyə çalışmaq əvəzinə, dik və təbii duruş nümayiş etdirin. Sakit hərəkətlər, balanslı səs tonu və normal danışıq sürəti qarşı tərəfin davranışlarının üzərinizdə nəzarət qurmasını çətinləşdirir.
Cavab verməzdən əvvəl dayanın: Sizə ünvanlanan qırıcı bir söz qarşısında dərhal cavab qaytarmaq mübahisənin böyüməsinə səbəb ola bilər. Bunun əvəzinə bir neçə saniyə gözləyin, dərin nəfəs alın və verəcəyiniz cavab haqqında düşünün. Bu qısa fasilə, xüsusilə də qəsdən övküləndirilmək istədiyiniz anlarda emosional reaksiya verməyinizin qarşısını ala bilər.
Üz ifadəsini sabit saxlayın: Qarşı tərəf verdiyiniz reaksiyaları izləyərək sizi hansı nöqtədən təsir edə biləcəyini anlamağa çalışa bilər. Qəzəb, qorxu və ya gərginlik əlamətlərini bacardığınız qədər nəzarət altında saxlamaq ünsiyyətin gedişatını dəyişməyinizə kömək edə bilər. Sakit bir üz ifadəsi və balanslı səs tonu baş verən hadisə qarşısında nəzarəti itirmədiyinizi göstərir. Bu, duyğularınızı basdırmaq deyil, necə reaksiya verəcəyinizə özünüzün qərar verməyinizdir.
Lazım gəlsə, ünsiyyəti sonlandırın: Hər mübahisəyə qoşulmaq və ya hər təhrikə cavab vermək məcburiyyətində deyilsiniz. Şəxsi sərhədləriniz aşılırsa, söhbəti bitirmək, mühitdən uzaqlaşmaq və ya öz işinizə qayıtmaq ən birbaşa seçimlərdən biri ola bilər. Mübahisəni davam etdirməmək zəiflik əlaməti deyil. Bəzən ən açıq sərhəd qarşınızdakı insanın sizi öz istədiyi reaksiyanı verməyə məcbur etməsinə icazə verməməkdir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
"Yaprak dökümü"nün 45 yaşlı aktrisasının hamiləlik fotosu müzakirə yaratdı
-
ÇL: “Barselona”nın Bakıya gəliş tarixi məlum oldu
-
80 yaşlı Silvester Stallone 58 yaşlı xanımı ilə (Video)
-
Argentinalı ulduz 37 yaşında karyerasını bitirdi
-
Elgizi şərlədilər, əsəbiləşib özündən çıxdı (Video)
-
Rövşanə Ağasəfqızı: "Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır” (Foto)
XƏBƏR LENTİ
-
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
-
Müşfiq Əliyev vəfat etdi
-
Ermənistanın gizlətdiyi 204 məzarlıq: Minlərlə ailə cavab gözləyir
-
"Yaprak dökümü"nün 45 yaşlı aktrisasının hamiləlik fotosu müzakirə yaratdı
-
Milli İncəsənət Muzeyi “Teatrın gəncləri” layihəsinə start verildi - (Foto)
-
ÇL: “Barselona”nın Bakıya gəliş tarixi məlum oldu
-
AZAL iki beynəlxalq mükafata layiq görülüb
-
80 yaşlı Silvester Stallone 58 yaşlı xanımı ilə (Video)
-
Beynəlxalq Ombudsmanlar Forumu Ümumdünya Müstəqil Hüquq Müdafiəçiləri İttifaqını (WIDU) təsis edir (Foto)
-
Paşinyan xalqa müraciət edəcək: Yeni Konstitusiya hazırdır
-
Hava limanına gedən yol bağlanır? - Rəsmi açıqlama
-
Sabir Zeynalov dünya çempionu oldu
-
Tələbələr metro və avtobuslara daha az pul ödəyə bilər - Araşdırma
-
Argentinalı ulduz 37 yaşında karyerasını bitirdi
-
Adəm Məmmədova yenidən cinayət işi açıldı - Axtarışa verildi
-
Badamdarda sürüşmə yenidən aktivləşdi
-
Elgizi şərlədilər, əsəbiləşib özündən çıxdı (Video)
-
Minlərlə vətəndaşa şad xəbər: Həyətyanı torpaqlara çıxarış verilə bilər
-
Pensiyalar ödənildi
-
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində professor Fəridə Səfiyevanın “İrəvan tarixi sənədlərin dili ilə” kitabının təqdimatı keçirilib - (Foto)
-
“Oğlum 15 noyabrdan quru aclıq aksiyası keçirir” - Rəşadın anasından müraciət
-
6 dərəcə şaxta olacaq - Proqnoz
-
Bu şəxslər 40 manat cərimələnəcək
-
Fransız müstəmləkəçiliyinin izləri: Hanoydakı Hoaloa həbsxanasından Trend-in fotoreportajı - (Video/Foto)





