Dünya

Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib

4 Oktyabr 2026 10:50
Baxış: 260
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rəsmi səfərlə İrana gedib.

Milli.Az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində Ararat Mirzoyanın İranın xarici işlər naziri Abbas Əraqçi, eləcə də ölkənin ali rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.

Tərəflərin ikitərəfli münasibətlərin inkişafı, regional əməkdaşlıq, həmçinin Cənubi Qafqazda sülh və təhlükəsizlik məsələlərini müzakirə edəcəyi gözlənilir. İran XİN də səfərin Tehran və İrəvan arasında davamlı məsləhətləşmələr çərçivəsində həyata keçirildiyini açıqlayıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.