İdman

“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək

4 Oktyabr 2026 10:13
Baxış: 328
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanın "Neftçi" və Litvanın "Spartak" (Vilnüs) futbol komandalarının veteranları bu gün qarşılaşacaq.

"Unikal" xəbər verir ki, yubiley matçı saat 12:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.

Qarşılaşmanı tarixi edən əsas məqam komandaların 75 ildən sonra eyni arenada yenidən üz-üzə gəlməsidir. Belə ki, 1951-ci ildə stadionun açılışı zamanı da "Neftçi" və "Spartak" (Vilnüs) qarşılaşıb. O vaxt "Neftçi" "Neftyanik" adı ilə çıxış edib. Bakı təmsilçisi Vilnüs "Spartak"ından üstün olub - 4:0.

Həmin tarixi oyunun ilk qolunu sonradan Azərbaycan futbolunun ən tanınmış hücumçularından birinə çevrilən Ələkbər Məmmədov vurub. O, görüşdə ümumilikdə iki dəfə fərqlənərək qələbədə əsas rol oynayıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.