İdman

“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım

4 Oktyabr 2026 00:13
Baxış: 229
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda "Turan Tovuz"la keçirilən yoldaşlıq görüşündən sonra "Fənərbaxça" klubu "İnstagram" hesabında oyunla bağlı paylaşım edib.

Milli.Az xəbər verir ki, klub səfərdən məmnunluğunu bildirib, azarkeşlərə təşəkkür edib.

"İki qardaş ölkənin güclü bağlarını bir daha hiss etdiyimiz Azərbaycanda olduğumuz müddətdə bizi böyük sevgi və qonaqpərvərliklə qarşılayan "Turan Tovuz"un prezidenti Ehtiram Quliyevə, İdarə Heyətinə və can Azərbaycan xalqına minnətdarlığımızı bildiririk.

"Çubuqlu"nu tək qoymayan, sevgisini və dəstəyini hər an yanımızda hiss etdirən Azərbaycandakı azarkeşlərimizə, eləcə də komandamızı dəstəkləmək üçün Azərbaycana gələn bütün azarkeşlərimizə sonsuz təşəkkür edirik.

Yaxşı ki varsınız, yaxşı ki "Fənərbaxça"lıyıq!"

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.