Maraqlı

Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)

3 Oktyabr 2026 15:38
Baxış: 331
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Əsgər qardaşının bacısına etdiyi sürpriz sosial şəbəkələrdə maraq doğurub.

Milli.Az-ın məlumatına görə, toy mərasimi zamanı gözlənilməz hadisə yaşanıb. Hərbi xidmətdə olan qardaş bacısının ən xoş günündə onu tək qoymayıb. O, hərbi formada qəfil toy məclisinə gələrək bacısına sürpriz edib.

Qardaşını qarşısında görən gəlin böyük sevinc yaşayıb. Bacı-qardaşın bir-birinə sarılaraq duyğusal anlar yaşaması məclis iştirakçılarının da diqqətini çəkib.

Həmin anlar kameraya lentə alınıb və sosial şəbəkələrdə paylaşılıb. Görüntülər istifadəçilər tərəfindən maraqla qarşılanıb və bacı-qardaşın səmimi görüşü çoxsaylı şərhlərə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.