Dünya

Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski

3 Oktyabr 2026 13:23
Baxış: 310
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın guya dövlətçiliyini itirməsi ilə bağlı sözləri onun həqiqətən müharibə ilə nəyə nail olmaq istədiyini nümayiş etdirir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Helsinki Təhlükəsizlik Forumunda deyib.

Zelenski Kreml rəhbərinin bu kimi bəyanatlarının dayandırılmamasını "dünyanın zəifliyi" ilə əlaqələndirib:

"Niyə zəiflik? Hələ 2005-ci ildə Kreml rəhbəri demişdi ki, XX əsrin ən böyük faciəsi Sovet İttifaqının dağılmasıdır".

Zelenski əlavə edib ki, Putin I və II dünya müharibələri, həmçinin Çernobılda baş verənləri ən böyük faciələr adlandırmayıb:

"Yəni insanla bağlı heç nə yox idi. Ona görə də onun məqsədi bəllidir - Sovet İttifaqını geri qaytarmaq və Ukraynanın şərqi deyil, Donbası deyil, bütün dövlətimizi işğal etmək", - prezident vurğulayıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.