Şou-biznes

Məşhur aktyorun idarə etdiyi təyyarə yerə çırpıldı - Özü də, tələbəsi də öldü - (Foto)

3 Oktyabr 2026 12:00
Baxış: 427
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ-nin Kaliforniya ştatında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 46 yaşlı israilli aktyor Qi Kapulnik və onun tələbəsi həyatını itirib.

Milli.Az xəbər verir ki, hadisə sentyabrın 24-də Hesperiya hava limanı yaxınlığında baş verib. "Aeronca Champion" tipli təyyarəni aktyor idarə edib. Təyyarədə onun uçuş dərsi keçdiyi qadın sərnişin də olub.

Qəza nəticəsində hər iki şəxs ölüb.

Hadisənin səbəbləri hələlik məlum deyil. ABŞ Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəza ilə bağlı araşdırma aparır.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.