Dünya

Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir

3 Oktyabr 2026 12:18
Baxış: 341
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Braziliya Prezidenti Luis İnasio Lula da Silva seçki kampaniyası çərçivəsində keçirilən tədbirdə 120 yaşına qədər yaşamağı planlaşdırdığını bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Rio-de-Janeyroda çıxış edən 81 yaşlı prezident 120 yaşına qədər yaşamaq və ölkənin siyasi həyatında iştirakı davam etdirmək niyyətində olduğunu açıqlayıb.

O, nikbin fikirlərini bölüşməklə yanaşı, tərəfdarlarını 70 yaşdan yuxarı vətəndaşları səsvermədə iştirak etməyə təşviq etməyə çağırıb və qeyd edib ki, Braziliyada bu yaş qrupu üçün səsvermə məcburi deyil, könüllü xarakter daşıyır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.