Dünya

Bu ölkə də Rusiya ilə sərhədi bağlaya bilər

17 Noyabr 2026 13:05
Baxış: 142
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Litva regionda sabitliyi pozmağa yönəlmiş cəhdlər davam edərsə, Estoniya kimi Rusiya ilə sərhədi bağlamaq qərarı verə bilər.

Milli.Az xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda deyib.

"Litva da belə qərarlar qəbul edə bilər. Lakin bütün amilləri, ilk növbədə, Kalininqrada tranzit ölkə olduğumuzu nəzərə almalıyıq", - o bildirib.

Qeyd edək ki, Estoniyanın xarici işlər naziri Marqus Tsaxna dekabrın 1-dən etibarən Rusiya ilə bütün sərhəd-keçid məntəqələrinin bağlanacağını elan edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.