Kamaləddin Qafarov: 3 oktyabr Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsidir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"1993-cü il oktyabrın 3-ü Azərbaycan tarixində taleyüklü siyasi seçim günü kimi yadda qalıb".
Bu fikri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bidirib ki, həmin gün xalqın böyük əksəriyyətinin səsi ilə Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi müstəqil dövlətimizin gələcək inkişaf istiqamətini müəyyən edən tarixi hadisəyə çevrildi. "Bu seçim yalnız hakimiyyət dəyişikliyi deyildi. Bu, ilk növbədə ölkənin ağır böhran və parçalanma təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda dövlətçiliyin qorunmasına, sabitliyin bərqərar edilməsinə və milli inkişaf strategiyasının formalaşdırılmasına yol açan dönüş nöqtəsi idi."
Millət vəkili xatırladıb ki, həmin dövrdə Ulu Öndərin qarşısında dayanan əsas vəzifə müstəqilliyi dövlətçilik sisteminə çevirmək idi: "Bunun üçün, ilk növbədə, ölkədə ictimai-siyasi sabitlik təmin edildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı. Paralel olaraq ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı, dövlət institutlarının möhkəmləndirilməsi və hüquqi bazanın yaradılması prosesi sürətləndirildi. Beləliklə, Azərbaycan tədricən öz qərarlarını milli maraqlar əsasında qəbul edən müstəqil dövlətə çevrilməyə başladı. Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin mühüm dayaqlarından biri uzunmüddətli inkişafı təmin edən iqtisadi və xarici siyasət xəttinin qurulması idi. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın enerji potensialını milli inkişafın mühüm resursuna çevirdi və dünya iqtisadi sisteminə inteqrasiya üçün imkanlar yaratdı. Bakı-Tbilisi-Ceyhan neft kəməri və digər strateji layihələr Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə xidmət etdi. Ulu Öndərin tarazlaşdırılmış xarici siyasəti də Azərbaycanın dünya birliyində etibarlı və suveren tərəfdaş kimi mövqeyini gücləndirdi. 2003-cü ildən bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirildi və yeni mərhələdə daha da inkişaf etdirildi. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının müasir çağırışlara uyğun zənginləşdirilməsi nəticəsində Azərbaycan iqtisadi, siyasi və hərbi baxımdan güclü dövlətə çevrildi. Ölkənin dinamik inkişafı, genişmiqyaslı quruculuq, beynəlxalq nüfuzun yüksəlməsi və milli həmrəylik bu siyasətin nəticələridir. Ən böyük tarixi nailiyyət isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsidir. Bu zəfər Ulu Öndərin ideyalarının Prezident İlham Əliyevin rəhbərliyi ilə real siyasi nəticəyə çevrildiyini nümayiş etdirdi. 1993-cü il oktyabrın 3-də xalqın verdiyi qərarın tarixi əhəmiyyəti məhz burada daha aydın şəkildə görünür. Heydər Əliyev siyasi kursu ölkəyə sabitlik, inkişaf və beynəlxalq nüfuz qazandıran möhkəm təməl yaratdı. Bu təməl üzərində Prezident İlham Əliyevin rəhbərliyi ilə qurulan Azərbaycan isə bu gün müstəqilliyini daha da möhkəmləndirən, milli maraqlarını qətiyyətlə müdafiə edən və gələcəyə inamla addımlayan qüdrətli dövlət kimi tarixinin yeni səhifələrini yazır".
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat
-
Kredit bazarında nə baş verir?
-
Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)
-
Kamaləddin Qafarov: 3 oktyabr Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsidir
-
Ruhiyyə Balakişiyeva vəzifəsindən ayrıldı
-
Əminə Rəhimova vəfat etdi
XƏBƏR LENTİ
-
Canlı yayım zamanı dəhşətli anlar - Jurnalistlər maşının altında qaldı - (Video)
-
Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat
-
Qonşu ölkədə epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
-
Prezident İlham Əliyev almaniyalı həmkarını təbrik edib
-
Kredit bazarında nə baş verir?
-
Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)
-
Kamaləddin Qafarov: 3 oktyabr Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsidir
-
Prezident Ladislau-Marius Vizeri qəbul edib - (Foto)
-
Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq
-
Azərbaycandan Rusiyaya aparılan pomidorlar məhv ediləcək
-
Ruhiyyə Balakişiyeva vəzifəsindən ayrıldı
-
Əminə Rəhimova vəfat etdi
-
Bill Qeyts: Bu olsa, ev heyvanları kimi olacağıq
-
İlkin Namazov işdən çıxarıldı - (Foto)
-
Prezident İlham Əliyev onu "Dostluq" ordeni ilə təltif etdi
-
“Nikosayağı” övladlarının fotosunu paylaşdı - (Foto)
-
Bu ərazimizə qar yağdı: 10 santimetr
-
Arda Güler cəzalandırıldı
-
G7 dizellə bağlı vacib qərar verdi
-
İllərdir küsülü olan Mətanət Əsədova və Elza Seyidcahan barışdı - (Video)
-
Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür
-
45 yaşlı qadın yanaraq öldü - Oğlu tutuldu - Yenilənib





