Şou-biznes

81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)

3 Oktyabr 2026 01:01
Baxış: 285
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türk kinosunun əfsanəvi simalarından olan Türkan Şorayın yeni görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.

Milli.Az-ın məlumatına görə, 81 yaşlı aktrisa tədbirlərdən birində iştirak edib. O,  pərəstişkarları ilə görüşərək onlarla fotolar çəkdirib.

Türkan Şorayın tədbirdəki görüntülərindən hazırlanan video sosial şəbəkədə paylaşıldıqdan sonra qısa müddətdə çoxsaylı bəyənmə və şərh toplayıb.

İzləyicilər aktrisanın görünüşü və səmimi davranışları ilə bağlı müxtəlif fikirlərini bölüşüblər. Paylaşımın altına Türkan Şoraya olan sevgilərini ifadə edən çoxsaylı şərhlər yazılıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.