Cəmiyyət

Kredit bazarında nə baş verir?

3 Oktyabr 2026 11:03
Baxış: 345
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi artmaqda davam edir. Mərkəzi Bankın məlumatına görə, 2026-cı il sentyabrın 1-nə problemli kreditlərin ümumi məbləği 721,8 milyon manat olub. Bu, ilin əvvəli ilə müqayisədə 37,6 faiz artım deməkdir.

Milli.Az xəbər verir ki, problemli kreditlərin ümumi kredit portfelində payı da yüksələrək 2,1 faizə çatıb. Bir il əvvəl bu göstərici 1,7 faiz olub.

İqtisadçı Eyyub Kərimli bildirib ki, dünya təcrübəsində problemli kreditlərin payının 3 faizi keçməsi riskli hədd hesab olunur. Onun sözlərinə görə, Azərbaycanda problemli kreditlərin artım tempi yüksəkdir:

"Sentyabrın 1-nə ölkədə fəaliyyət göstərən 21 bankın ümumi kredit portfeli 32 milyard 824,2 milyon manat təşkil edib. Kreditlərin 54,3 faizi biznes, 31,3 faizi istehlak, 14,4 faizi isə ipoteka kreditlərinin payına düşüb".

Qeyd edək ki, ilin əvvəlindən bankların kredit portfeli ümumilikdə 9,2 faiz artıb.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.