Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın guya dövlətçiliyini itirməsi ilə bağlı sözləri onun həqiqətən müharibə ilə nəyə nail olmaq istədiyini nümayiş etdirir.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Helsinki Təhlükəsizlik Forumunda deyib.
Zelenski Kreml rəhbərinin bu kimi bəyanatlarının dayandırılmamasını "dünyanın zəifliyi" ilə əlaqələndirib:
"Niyə zəiflik? Hələ 2005-ci ildə Kreml rəhbəri demişdi ki, XX əsrin ən böyük faciəsi Sovet İttifaqının dağılmasıdır".
Zelenski əlavə edib ki, Putin I və II dünya müharibələri, həmçinin Çernobılda baş verənləri ən böyük faciələr adlandırmayıb:
"Yəni insanla bağlı heç nə yox idi. Ona görə də onun məqsədi bəllidir - Sovet İttifaqını geri qaytarmaq və Ukraynanın şərqi deyil, Donbası deyil, bütün dövlətimizi işğal etmək", - prezident vurğulayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)