Bakının bu ərazisində 15 oktyabrdan maşınların hərəkəti tamamilə qadağandır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İçərişəhər qoruq ərazisində nəqliyyatın hərəkət sxemi yenilənir.
Milli.Az xəbər verir ki, bu barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.
Bildirilib ki, İçərişəhər qoruq ərazisində sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin minimuma endirilməsi, habelə Qoşa Qala meydanında mobilliyin artırılması və təhlükəsizliyin qorunması məqsədilə geniş piyadalaşmış ərazinin yaradılması üçün nəqliyyatın hərəkətinin təşkilində dəyişikliklər ediləcək.
Dəyişikliklərə əsasən, cari ilin 15 oktyabr tarixindən etibarən Qoşa Qala meydanında nəqliyyat vasitələrinin hərəkəti tamamilə qadağan ediləcək və ərazi piyadaların istifadəsinə veriləcək. Eyni zamanda, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzindən Böyük Qala küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq, həmin istiqamətdə hərəkət M.Ə.Sabir küçəsinə yönləndiriləcək. M.Ə.Sabir küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri sağa - Qoşa Qala qapıları çıxışına, sola hərəkət edən nəqliyyat vasitələri isə Kiçik Qala küçəsinə istiqamətləndiriləcək.
Bundan başqa, Qoruq ərazisində yaşayan sakinlərin və onlara xidmət göstərən nəqliyyat vasitələrinin giriş-çıxışının daha rahat təşkili məqsədilə Səftər Quliyev, Qüllə və Böyük Qala küçələrində yaşayan sakinlərə aid nəqliyyat vasitələrinin Neftçilər prospektindən girişi Səftər Quliyev küçəsindəki birtərəfli giriş vasitəsilə həyata keçiriləcək.
Görülən tədbirlər sakinlərin yaşayış ünvanlarına daha rahat və qısa marşrutla hərəkətini təmin etməklə yanaşı, Vəli Məmmədov küçəsindəki əsas girişdə nəqliyyat axınının optimallaşdırılmasına və ərazidə hərəkətin daha səmərəli təşkilinə imkan verəcək.
Qeyd olunan küçələrdə yaşayan sakinlərdən cari ilin 15 oktyabr tarixindən etibarən İçərişəhər qoruğu ərazisinə daxil olmaq üçün Səftər Quliyev küçəsindəki girişdən istifadə etmələri xahiş olunur.
Yeni hərəkət sxemi qədim şəhər sakinlərinin gündəlik gediş-gəlişinin daha rahat və təhlükəsiz təşkilinə, Qoşa Qala meydanında isə şəhərin tarixi ruhuna uyğun, geniş və təhlükəsiz piyada məkanının formalaşmasına xidmət edəcək.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Yağışlı havada bu qaydanı pozan sürücülər cərimələnir
-
Toyda gəlinlə bəyin əsəbi üz ifadələri gündəm oldu - (Video)
-
Kaşpirovski 87 yaşında vəfat etdi
-
Bakının bu ərazisində 15 oktyabrdan maşınların hərəkəti tamamilə qadağandır
-
Əri Qumralla rəqs etdi, arvadı görün nə etdi... - (Video)
-
Bazar günü Bakıda leysan olacaq
XƏBƏR LENTİ
-
Tualet çənini akvariuma çevirdi – (Video)
-
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər tutuldu
-
Yağışlı havada bu qaydanı pozan sürücülər cərimələnir
-
Oktyabr 3 BÜRC üçün çətin keçəcək
-
Toyda gəlinlə bəyin əsəbi üz ifadələri gündəm oldu - (Video)
-
Kaşpirovski 87 yaşında vəfat etdi
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bakının bu ərazisində 15 oktyabrdan maşınların hərəkəti tamamilə qadağandır
-
Əri Qumralla rəqs etdi, arvadı görün nə etdi... - (Video)
-
Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA
-
Bazar günü Bakıda leysan olacaq
-
Nənə-babanızdan qalan sovet pullarını yoxlayın: Bu əskinas az qala 2900 manata satılıb - (Foto)
-
Ronaldo ilə Jorje Jesus arasındakı qalmaqalla bağlı həqiqət açıqlandı
-
Zəngəzur dəhlizi Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsinə töhfə verə bilər - Elçin Əmirbəyov
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - (Video)
-
Məşhur aktyorun idarə etdiyi təyyarə yerə çırpıldı - Özü də, tələbəsi də öldü - (Foto)
-
Canlı yayım zamanı dəhşətli anlar - Jurnalistlər maşının altında qaldı - (Video)
-
Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat
-
Qonşu ölkədə epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
-
Prezident İlham Əliyev almaniyalı həmkarını təbrik edib
-
Kredit bazarında nə baş verir?





