Kriminal

DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu

3 Oktyabr 2026 15:50
Baxış: 275
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar davam etdirilir.

DİN-dən verilən xəbərə görə, paytaxt ərazisində, eləcə də Gəncə şəhərində keçirilən tədbirlərlə E.Məmmədov, R.Qurbanov, N.Zeynalova, İ.Mayılov, K.Rüstəmov, U.Əliyev, S.Süleymanov, həmçinin İran vətəndaşı S.Esmaeilnaseb saxlanılıblar. Onlardan ümumilikdə 68 kiloqram narkotik vasitə və 1600 ədəd narkotik tərkibli həb aşkarlanıb.

Araşdırmalarla saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.