Türkiyə

Filosof İoanna Kuçuradi vəfat edib

3 Oktyabr 2026 22:51
Baxış: 245
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyənin tanınmış filosofu, professor İoanna Kuçuradi vəfat edib.

Milli.Az xəbər verir ki, filosof 89 yaşında, müalicə aldığı Maltepe Universitetinin Tibb fakültəsinin Təhsil və Araşdırma Xəstəxanasında dünyasını dəyişib.

Məlumata görə, İoanna Kuçuradi ilə vida mərasimi oktyabrın 4-də Maltepe Universitetində keçiriləcək. Filosof həmin gün Şişli Rum Pravoslav qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, İoanna Kuçuradi insan hüquqları, insan fəlsəfəsi və etika sahəsində apardığı araşdırmalarla tanınıb. O, Türkiyə Fəlsəfə Qurumunun sədri, Dünya Fəlsəfə Cəmiyyətləri Federasiyasının fəxri prezidenti olub. Kuçuradi uzun illər insan hüquqları sahəsində müxtəlif milli və beynəlxalq təşkilatlarda fəaliyyət göstərib. O, həmçinin Maltepe Universitetinin İnsan Hüquqları və Fəlsəfəsi Tətbiq və Araşdırma Mərkəzinə və mərkəzin nəzdində fəaliyyət göstərən UNESCO kafedrasına rəhbərlik edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.