Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, antiterror əməliyyatı şəhidi Zamin Abbasovun anası hüquq-mühafizə orqanlarına müraciət edib.
Milli.Az manset.az-a istinadən xəbər verir ki, şəhid anası sosial şəbəkədə onu təhqiramiz ifadələr və ağır söyüşlərlə təhqir edən, blogger kimi tanınan Sevinc Hüseynovanın cəzalandırılmasını istəyib.
Şəhid anasının sözlərinə görə, Sevinc Hüseynova ona sosial şəbəkə vasitəsilə təhqiramiz ifadələr yazmaqla yanaşı, hədələyərək "səni xalqa tanıdacağam" ifadəsini işlədib. Şəhid anası isə buna cavab olaraq oğlunun onun adını xalqa tanıtdığını bildirib.
Şəhid anası müraciətində baş verənlərin araşdırılmasını və hüquqi qiymət verilməsini xahiş edib. Blogger şəhid anasını təhqir etdikdən sonra sosial şəbəkələrdə "Səni təhqir eləmişəm, əcəb eləmişəm" deyə ağır ifadələr işlədib. Bu isə cəmiyyətdə ciddi narazılığa səbəb olub və böyük səs-küy yaradıb.
"Biz itik, ulaşaq? Əgər biz itiksə və ulaşırıqsa, bəs bu oğullar kimdir onda? Məni şantaj edərək bildirdi ki, səni xalqa tanıdacağam. Məni xalqa tanıtmağa ehtiyac yoxdur. Mənim oğlum məni xalqa tanıdıb", - şəhid anası bildirib.
Qeyd edək ki, blogger kimi tanınan Sevinc Hüseynova daha əvvəl də bir sıra qalmaqallarla gündəmə gəlib və müxtəlif tanınmış şəxslərlə bağlı mübahisələrdə yer alıb. Onun hazırda bəzi məsələlərlə bağlı məhkəmə prosesləri gedir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Gəncədə yanıq xəsarətləri alan bacı-qardaşın vəziyyəti məlum olub - Yenilənib
-
"İnsan necə "qudurarmış" - Elza Seyidcahan
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
XƏBƏR LENTİ
-
Gəncədə yanıq xəsarətləri alan bacı-qardaşın vəziyyəti məlum olub - Yenilənib
-
"İnsan necə "qudurarmış" - Elza Seyidcahan
-
Ərdoğan: Şanlıurfada Azərbaycan Bulvarı istifadəyə verilib
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları





