Dünya

Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirdi

4 Oktyabr 2026 13:45
Baxış: 212
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Pakistanın təhlükəsizlik qüvvələri Xayber-Paxtunxva əyalətinin Dera-İsmayıl-Xan şəhərində keçirdiyi kəşfiyyat əməliyyatı zamanı "Fitnə əl-Xəvaric" hərəkatının 8 üzvünü zərərsizləşdirib.

Milli.Az xəbər verir ki, bu barədə Pakistanın dövlət radiosu təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, əməliyyat ölkədə ekstremizm və terrorizmin kökünü kəsməyə yönəlmiş "Əzm-i İstehkam" əməliyyatı çərçivəsində, ərazidə terrorçuların olması barədə məlumat əldə edildikdən sonra keçirilib.

Təhlükəsizlik qüvvələrinin məlumatına görə, öldürülən 8 terrorçu arasında "Fitnə əl-Xəvaric"in 3 əsas komandiri də olub.

Əməliyyat zamanı terrorçulardan xarici valyuta, həmçinin külli miqdarda silah və sursat götürülüb.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.