Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2026-cı ilin 1-4 oktyabr tarixlərində Meksikanın Keretaro şəhərində Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalı təşkil olunub. Builki Festival Keretaronun tarixi hissəsinin Ümumdünya İrs Siyahısına salınmasının, habelə Meksikanın Ümumdünya İrs Şəhərləri Milli Assosiasiyasının yaradılmasının 30 illiyinə həsr olunub.
Milli.Az xəbər verir ki, festival çərçivəsində "Ümumdünya irsi. Turizm diplomatiyası və mədəniyyət diplomatiyası" mövzusunda keçirilmiş dəyirmi masada Azərbaycan Respublikasının Meksikadakı Səfirliyinin birinci katibi Lalə Səfərova çıxış edib.
L.Səfərova çıxışında zəngin və çoxəsrlik tarixə malik Azərbaycanda şəhərlərin yaranması, paytaxt Bakı şəhərinin mədəni və tarixi irsin əsas xüsusiyyətlərini qoruyub saxlayaraq müxtəlif dövrlərin memarlıq tendensiyalarına uyğun inkişafı barədə məlumat verib. Dünya memarlığının incisi olan Bakının qədim hissəsi - İçərişəhərin gün ərzində çoxlu sayda ziyarətçi qəbul etdiyi, bu xüsusda tarixi irsin qorunması ilə şəhərin gündəlik həyatının, turizmin və müasir ehtiyacların balanslaşdırılmasının vacibliyi vurğulanıb.
Bakının qədim hissəsinin mühafizəsinə Azərbaycan hökuməti tərəfindən verilən önəm, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan edilməsi, habelə İçərişəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksinin 2000-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi barədə məlumat verilib.
Azərbaycanın şəhərsalmaya, onun inkişafı gündəliyinə sadiqliyinin nümayişi sahəsində atılmış mühüm addımlardan biri kimi cari ilin may ayında Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) təşkili xüsusi qeyd olunub.
Çıxış Bakının qədim və müasir memarlıq abidələrini əks etdirən fotoların nümayişi ilə müşaiyət olunub.
Tədbirdə həmçinin Meksikanın Ümumdünya İrs Şəhərləri Milli Assosiasiyasının baş direktoru Xorxe Orteqa Qonsalez, Keretaro bələdiyyəsinin turizm katibi Mariana Ortiz Kabrera, Ukrayna, İspaniya, Portuqaliya səfirliklərinin nümayəndələri çıxış edib.
Tədbir çərçivəsində Ümumdünya İrs Şəhərlərinə həsr olunmuş sərgidə habelə Bakı - İçərişəhərin fotosu nümayiş olunub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Bu bölgəyə 20 sm qar yağdı
-
Bu uşaqlara qəhvə qəti verilməməlidir
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
XƏBƏR LENTİ
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - (Video)
-
"20 ildir millidəyəm, ilk dəfədir utanıram"
-
Avropa çempionatının ikinci günü 5 boksçumuz rinqə çıxacaq
-
Braziliyada prezident seçkiləri keçirilir
-
Merts Ukraynaya elan olunmamış səfər etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bu bölgəyə 20 sm qar yağdı
-
Kamaləddin Qafarov: YAP yeni məsuliyyət mərhələsindədir
-
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
-
Şəfəq qəsəbəsində yaşayış binasında partlayış -Yaralanan var
-
Rusiya ordusunun Ukraynada itkiləri açıqlandı
-
“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək
-
Bu uşaqlara qəhvə qəti verilməməlidir
-
700 min insan onu görməyə getdi
-
ABŞ-də 6 nəfərin olduğu təyyarə yoxa çıxdı - Qalıqları tapıldı
-
Ucarda ağır qəza - Ölən var
-
Dünya bazarında neft ucuzlaşdı
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Bu 4 qida aluminium folqanı çürüdür





