Azərbaycan musiqisi Cənubi Koreyada: muğam və cazın cazibəsi ACC X Musiqi Festivalında təqdim olunub - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
1-4 oktyabr tarixlərində Cənubi Koreyanın Mədəniyyət, İdman və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən və Koreyanın ən böyük mədəniyyət mərkəzi olan Milli Asiya Mədəniyyət Mərkəzi (NACC) tərəfindən Kvanqju şəhərində ACC X Musiqi Festivalı keçirilib. Musiqi bayramında ölkəmiz bu il ilk dəfə olaraq xüsusi qonaq qismində çıxış edib.
Azərbaycanı bu nüfuzlu layihədə Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, Özbəkistanın mədəniyyət səfiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sahib Paşazadənin rəhbərlik etdiyi musiqi qrupu - Əməkdar artist Kamran Kərimov (nağara), Fuad Cəfər (gitara), Nicat Aslanov (piano) və Həsən Bilalov (zərb alətləri) təmsil edib. Konserti izləyənlər sırasında Azərbaycanın Cənubi Koreyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, diplomatik korpusun nümayəndələri, festivalın prezidenti Kim Myung-gyu və bədii rəhbəri Won Il də yer alıb. Konsert proqramı festival iştirakçıları və tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Milli Asiya Mədəniyyət Mərkəzində (Asia Culture Center - ACC) keçirilən festival müxtəlif musiqi janrlarının, mədəniyyətlərin və sənət ifadələrinin kəsişdiyi beynəlxalq platforma kimi diqqət çəkib.
Festivalın əsas konsepsiyası olan "X" - musiqilərin, mədəniyyətlərin və yaradıcılıq yanaşmalarının kəsişməsi Azərbaycan musiqisinin təqdimatı üçün də xüsusi məna daşıyıb. Azərbaycan musiqiçilərinin iştirakı çərçivəsində muğam ənənəsi caz və müasir improvizasiya ilə bir araya gətirilib. Tar və nağara kimi Azərbaycan musiqi alətlərinin özünəməxsus səslənməsi improvizasiya elementləri ilə birləşərək ənənəvi musiqinin müasir səhnə kontekstində yeni təqdimatını yaradıb. Musiqiçilərin çıxışları Azərbaycan musiqisini yalnız milli mədəni irsin bir hissəsi kimi deyil, həm də müasir dünya musiqisi ilə dialoqa açıq, çevik və universal sənət dili kimi təqdim olunmasına imkan verib.
Azərbaycan musiqisinin Xəzərin qərb sahilindən Cənubi Koreyanın Kvanqju şəhərinə uzanan bu musiqi körpüsü müxtəlif mədəniyyətlərin bir-birini dinləməsi, tanıması və birlikdə yeni yaradıcılıq formaları yaratması baxımından xüsusi əhəmiyyət daşıyır.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan musiqisi Cənubi Koreyada: muğam və cazın cazibəsi ACC X Musiqi Festivalında təqdim olunub - (Foto)
-
Plener əsərlər sərgisi açılacaq
-
Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub - (Foto)
-
Milli İncəsənət Muzeyində Əli bəy Hüseynzadənin həyat vəyaradıcılığına həsr olunmuş xüsusi proqram keçirilib - (Foto)
-
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib - (Foto)
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
“Akasya Durağı”nın “Can”ı 18 il sonra - (Foto)
-
Bakıda sinif yoldaşı tərəfindən qətlə yetirilən məktəblinin (Fotosu)
-
Hacı Həsənli bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi - cəzalandırıldı
-
Şavkat Mirziyoyev Vahid Ələkbərovla Özbəkistandakı layihələri müzakirə edib
-
Cabir İmanov oğluna gəlinsiz toy etdi - (Video)
-
IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub - (Foto)
-
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” insan, təbiət və yaddaş arasında yeni dialoq yaradan performans və interaktiv layihələri təqdim edir - (Foto)
-
Azərbaycan musiqisi Cənubi Koreyada: muğam və cazın cazibəsi ACC X Musiqi Festivalında təqdim olunub - (Foto)
-
İranda dollar yenidən kəskin bahalaşdı
-
Ombudsman haqqında Konstitusiya Qanununda dəyişiklik edilib
-
Fazil Məmmədov nazir müavini təyin edildi
-
Xaçmazda inzibati ərazi dairələri üzrə nümayəndəliklərə yeni təyinatlar olub - (Foto)
-
"Yeşilçam" ulduzunun son halı təəccübləndirdi: Sığınacaqda yaşayır - (Foto)
-
Xaçmazda iki məktəbli qardaşı maşın vurdu
-
İrkutskda naməlum xəstəlikdən ölüm: ÜST-dən açıqlama
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı - (Yenilənib)
-
Həccə gedəcək azərbaycanlılarla bağlı yeni qaydalar açıqlandı
-
Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək
-
Kənd yumurtası bahalaşdı - (Video)
-
AQTA əməkdaşlarını restorana buraxmadı, cərimələndi
-
“Flydubai” təyyarəsi vurula bilərdi - İsrailin planı
-
Yenicə toyu olan Afət Rahilqızının səhhəti pisləşdi - (Video)
-
Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib - (Foto)
-
Ələtdə torpaq 50 faiz bahalaşıb - Qiymətlər niyə artır?





