IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
IDEA İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının birgə əməkdaşlığı ilə ekoloji məsuliyyətli turizm prinsiplərinə uyğun fəaliyyət göstərən tur operatorları və ekoturizm bələdçiləri üçün növbəti təlim sessiyaları təşkil olunub.
Üçgünlük proqramı əhatə edən təlim ölkəmizdə ekoturizmin inkişafına dəstək vermək, milli parklar və digər xüsusi mühafizə olunan təbiət ərazilərində fəaliyyət göstərən bələdçilərin peşəkar bilik və bacarıqlarını artırmaq məqsədi daşıyır.
IDEA-nın ətraf mühit üzrə ekspertlərinin metodiki tövsiyələri əsasında tərtib olunan təlim proqramı ekoloji davranış və məsuliyyətli turizm qaydalarının tətbiqi, təbiətin mühafizəsi, biomüxtəlifliyin qorunması, turizm sektorunda fəaliyyət göstərən müvafiq qurumlar arasında əməkdaşlığın inkişaf etdirilməsi və turistlərin ekoloji məsuliyyətinin daha da artırılmasına yönəlmiş müxtəlif mövzuları əhatə edib.
Artıq ikinci dəfə təşkil olunan təlim proqramını və biliklərin qiymətləndirilməsi mərhələsini müvəffəqiyyətlə başa vuran 28 iştirakçıya sertifikat təqdim olunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr həm yerli, həm də beynəlxalq səviyyədə ekoloji çağırışlara yönələn dayanıqlı mexanizmlərin formalaşdırılması baxımından müstəsna əhəmiyyət kəsb edir. IDEA tərəfindən ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin zənginləşdirilməsi, yaşıllıqların artırılması və iqlim dəyişikliyi ilə mübarizə istiqamətində atılan addımlar, xüsusilə Xəzər dənizi və ölkəmizdə biomüxtəlifliyin qorunması üzrə həyata keçirilən layihələr ardıcıl xarakter daşıyır. Bu təşəbbüslər cəmiyyətin, xüsusilə gənc nəslin ekoloji maarifləndirilməsi vasitəsilə ətraf mühitə məsuliyyətli münasibətin formalaşdırılmasına və ekosistemin gələcək nəsillər üçün qorunub-saxlanılmasına xidmət edir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı - Cərimələndi
-
“Akasya Durağı”nın “Can”ı 18 il sonra - (Foto)
-
Bakıda sinif yoldaşı tərəfindən qətlə yetirilən məktəblinin (Fotosu)
-
Hacı Həsənli bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi - cəzalandırıldı
-
Cabir İmanov oğluna gəlinsiz toy etdi - (Video)
-
IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub - (Foto)
XƏBƏR LENTİ
-
Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı - Cərimələndi
-
“Akasya Durağı”nın “Can”ı 18 il sonra - (Foto)
-
Bakıda sinif yoldaşı tərəfindən qətlə yetirilən məktəblinin (Fotosu)
-
Hacı Həsənli bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi - cəzalandırıldı
-
Şavkat Mirziyoyev Vahid Ələkbərovla Özbəkistandakı layihələri müzakirə edib
-
Cabir İmanov oğluna gəlinsiz toy etdi - (Video)
-
Azərbaycan-Gürcüstan əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub - (Foto)
-
IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub - (Foto)
-
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” insan, təbiət və yaddaş arasında yeni dialoq yaradan performans və interaktiv layihələri təqdim edir - (Foto)
-
Azərbaycan musiqisi Cənubi Koreyada: muğam və cazın cazibəsi ACC X Musiqi Festivalında təqdim olunub - (Foto)
-
İranda dollar yenidən kəskin bahalaşdı
-
Ombudsman haqqında Konstitusiya Qanununda dəyişiklik edilib
-
Fazil Məmmədov nazir müavini təyin edildi
-
Xaçmazda inzibati ərazi dairələri üzrə nümayəndəliklərə yeni təyinatlar olub - (Foto)
-
"Yeşilçam" ulduzunun son halı təəccübləndirdi: Sığınacaqda yaşayır - (Foto)
-
Xaçmazda iki məktəbli qardaşı maşın vurdu
-
İrkutskda naməlum xəstəlikdən ölüm: ÜST-dən açıqlama
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı - (Yenilənib)
-
Həccə gedəcək azərbaycanlılarla bağlı yeni qaydalar açıqlandı
-
Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək
-
Kənd yumurtası bahalaşdı - (Video)
-
AQTA əməkdaşlarını restorana buraxmadı, cərimələndi
-
“Flydubai” təyyarəsi vurula bilərdi - İsrailin planı
-
Yenicə toyu olan Afət Rahilqızının səhhəti pisləşdi - (Video)





