Azərbaycan-Gürcüstan əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub - (Foto)
Azərbaycan-Gürcüstan əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub.
Bu barədə Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumatda qeyd edilib.
Oktyabrın 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın ölkəmizə yeni təyin olunmuş səfiri Qiorqi Zakaraşvilini qəbul edib.
Nazir Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edib, ona iki ölkə arasında münasibətlərin daha da inkişafı istiqamətində diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə ölkələrimiz arasındakı ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərinin, mövcud olan yüksək səviyyəli əlaqələrin ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynadığı vurğulanıb.
Görüş zamanı, Azərbaycan-Gürcüstan tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, iqtisadi-ticarət əlaqələri, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, müdafiə, və təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Qarşılıqlı etimada əsaslanan əlaqələrin regionun sabitliyi və inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin önəmi qeyd olunub.
Tərəflər enerji və nəqliyyat sahələrində həyata keçirilən birgə layihələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhlizin, həmçinin Qara dəniz sualtı elektrik enerjisi kabeli kimi "yaşıl enerji" layihələrinin regional və qlobal əhəmiyyətini qeyd ediblər.
Nazir Ceyhun Bayramov post-münaqişə dövründə regionda yaranmış reallıqlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, habelə Azərbaycan-Ermənistan sülh və normallaşma prosesi barədə səfirə ətraflı məlumat verib.
Səfir Qiorqi Zakaraşvili səmimi qəbula görə təşəkkürünü bildirərək, bu vəzifədə xidmət etməyin onun üçün böyük şərəf və məsuliyyət olduğunu vurğulayıb. O, fəaliyyəti dövründə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan-Gürcüstan əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub - (Foto)
-
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü
-
Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik
-
Prezident İlham Əliyev: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik
-
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
-
Azərbaycan ATƏT-də Ermənistanla bağlı mühüm çağırış etdi - (Video)
XƏBƏR LENTİ
-
“Son on ildə nə vaxt istirahət etdiyimi bilmirəm” - Marko Yankoviç
-
Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən edib
-
Nazir müavini təyin edilən Fazil Məmmədovun dosyesi
-
Fulya Öztürk onun adını daşıyan azərbaycanlı uşaqla görüşüb - (Video)
-
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev dünya çempionatında bürünc medal qazanıb
-
Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı - Cərimələndi
-
“Akasya Durağı”nın “Can”ı 18 il sonra - (Foto)
-
Bakıda sinif yoldaşı tərəfindən qətlə yetirilən məktəblinin (Fotosu)
-
Hacı Həsənli bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi - cəzalandırıldı
-
Şavkat Mirziyoyev Vahid Ələkbərovla Özbəkistandakı layihələri müzakirə edib
-
Cabir İmanov oğluna gəlinsiz toy etdi - (Video)
-
Azərbaycan-Gürcüstan əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub - (Foto)
-
IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub - (Foto)
-
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” insan, təbiət və yaddaş arasında yeni dialoq yaradan performans və interaktiv layihələri təqdim edir - (Foto)
-
Azərbaycan musiqisi Cənubi Koreyada: muğam və cazın cazibəsi ACC X Musiqi Festivalında təqdim olunub - (Foto)
-
İranda dollar yenidən kəskin bahalaşdı
-
Ombudsman haqqında Konstitusiya Qanununda dəyişiklik edilib
-
Fazil Məmmədov nazir müavini təyin edildi
-
Xaçmazda inzibati ərazi dairələri üzrə nümayəndəliklərə yeni təyinatlar olub - (Foto)
-
"Yeşilçam" ulduzunun son halı təəccübləndirdi: Sığınacaqda yaşayır - (Foto)
-
Xaçmazda iki məktəbli qardaşı maşın vurdu
-
İrkutskda naməlum xəstəlikdən ölüm: ÜST-dən açıqlama
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı - (Yenilənib)
-
Həccə gedəcək azərbaycanlılarla bağlı yeni qaydalar açıqlandı





