Azərbaycan ATƏT-də Ermənistanla bağlı mühüm çağırış etdi - (Video)
5-15 oktyabr 2026-cı il tarixlərində Polşanın Varşava şəhərində ATƏT-in 2026-cı il Varşava İnsan Ölçüsü Konfransı keçirilir.
Konfransda iştirak edən "İnsan Hüquqlarının Təşviqi Mərkəzi" İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini Nəzrin Əliyeva oktyabrın 5-də "Humanitar məsələlər I" mövzusuna həsr olunmuş 1-ci plenar iclasda çıxış edib. Çıxışın Azərbaycan dilində tam mətni təqdim olunur:
Hörmətli moderator və hörmətli iştirakçılar!
Silahlı münaqişələrin ağır humanitar nəticələrinin aradan qaldırılması beynəlxalq humanitar hüquq normalarına ciddi riayət olunmasını və törədilmiş pozuntulara görə məsuliyyətin təmin edilməsini tələb edir.
Birincisi, itkin düşmüş şəxslərin taleyinin naməlum qalması ağır humanitar faciə olmaqda davam edir. 1990-cı illərin əvvəllərində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində dörd minə yaxın azərbaycanlı bu günədək itkin düşmüş şəxs hesab olunur. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kütləvi məzarlıqların aşkarlanması, işgəncə faktları da daxil olmaqla, beynəlxalq insan hüquqları hüququnun və beynəlxalq humanitar hüququn sistemli şəkildə pozulmasına dair sarsıdıcı dəlillər ortaya qoyur. Nəticədə minlərlə ailə otuz ildən artıqdır ki, yaxınlarının taleyindən xəbərsizdir. Ermənistan kütləvi məzarlıqların yerləşdiyi ərazilərə dair koordinatları Azərbaycana təqdim etməlidir.
İkincisi, vaxtilə işğal altında olmuş ərazilərin geniş miqyasda minalarla çirkləndirilməsi mülki əhalinin həyatı üçün birbaşa və ölümcül təhlükə yaratmaqda davam edir. Bu minalar yüz minlərlə məcburi köçkünün öz doğma yurdlarına təhlükəsiz və ləyaqətlə qayıdışına ciddi maneə yaradır, eyni zamanda münaqişədən sonrakı zəruri bərpa və yenidənqurma prosesini ləngidir. Mina sahələrinə dair tam və dəqiq xəritələrin təqdim edilməməsi hələ də ciddi humanitar problem olaraq qalır.
Üçüncüsü, diqqəti Azərbaycan xalqına məxsus mədəni, tarixi və dini irsin həm vaxtilə işğal altında olmuş ərazilərdə, həm də Ermənistan ərazisində qəsdən və geniş miqyasda dağıdılması, eləcə də izlərinin silinməsi faktına yönəltmək istərdik. Mədəni irsin sistemli şəkildə dağıdılması və tarixi mənşəyinin saxtalaşdırılması silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunmasına dair beynəlxalq hüquq normalarının ciddi pozuntusudur.
Azərbaycan ATƏT-i və beynəlxalq tərəfdaşları törədilmiş pozuntulara görə tam məsuliyyətin təmin olunmasını tələb etməyə, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına dəstək göstərməyə və ərazilərin minalardan təmizlənməsi sahəsində hərtərəfli əməkdaşlıq etməyə çağırır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü
-
Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik
-
Prezident İlham Əliyev: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik
-
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
-
Azərbaycan ATƏT-də Ermənistanla bağlı mühüm çağırış etdi - (Video)
-
Sahibə Qafarova IPU-nun 153-cü Assambleyasının açılış mərasimində iştirak edib - (Foto)
XƏBƏR LENTİ
-
Ələtdə torpaq 50 faiz bahalaşıb - Qiymətlər niyə artır?
-
1870 tələbə ödənişsiz təhsil alacaq - DİM-dən açıqlama
-
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü
-
Papanın qaradərili şəxsin əlini havada qoyması müzakirə yaratdı - (Video)
-
Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik
-
Prezident İlham Əliyev: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik
-
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
-
Sumqayıtda tikilidə yanğın başladı
-
Daha bir ölkə “Avroviziya” ilə yollarını ayırdı
-
Xarkovda dağıntılar altında insanlar axtarılır
-
Plener əsərlər sərgisi açılacaq
-
Pünhan Piriyev toyuna gəlməyən daha bir Xalq artistinin adını açıqladı - (Video)
-
Korrupsiya barədə məlumat verənlərə 20 min manat veriləcək?
-
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
-
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb - (Foto)
-
Azərbaycan ATƏT-də Ermənistanla bağlı mühüm çağırış etdi - (Video)
-
Azərbaycana məğlubiyyətə görə istefa verdi
-
"Bavariya" Harri Keyn barədə qərarını verdi
-
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı - (Yenilənib)
-
Qara dənizdə dronla vurulan gəmi ilə bağlı "PALMALI"dən açıqlama
-
Oqtay Kamil Samirəni görüb yıxıldı - (Video)
-
Zidan Fransa millisində tarixə düşdü
-
Azərbaycanda sanatoriyada meyit tapıldı
-
"Səsim Aygün Kazımovanın səsinə oxşayır" - (Video)





