Şou-biznes

"Səsim Aygün Kazımovanın səsinə oxşayır" - (Video)

6 Oktyabr 2026 13:34
Baxış: 469
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Müğənni Türkan Vəlizadə açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, ifaçı Aygün Kazımova ilə bağlı hazırlanan layihədə iştirak edə bilməməsindən təəssüfləndiyini bildirib.

Vəlizadə Aygün Kazımovanı çox sevdiyini və onun mahnısını sevə-sevə ifa etdiyini deyib. Müğənni həmin dövrdə televiziya proqramlarına dəvət almadığını da qeyd edib.

"Çox sevirəm Aygün xanımı. Çox heyif ki, o layihədə iştirak edə bilmədim. Aygün xanımın mahnısını sevərək ifa etmişdim. O zaman, demək olar, televiziyalara dəvət almırdım. Mahnının müəllifi Cavanşir Quliyev də ifamdan razılığını bildirmişdi", - deyə sənətçi bildirib.

Türkan Vəlizadə layihənin kim tərəfindən hazırlandığını bilmədiyini və belə bir təklifin ona da gəlməsini istədiyini söyləyib. O, bunun səbəblərindən biri kimi səsində Aygün Kazımovanın səsinə müəyyən qədər oxşarlıq olduğunu düşündüyünü vurğulayıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.