Şou-biznes

Alim Qasımovdan Pünhana cavab: "Onu aldadıblar, durub danışıb"

5 Oktyabr 2026 20:39
Baxış: 724
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xalq artisti, xanəndə Alim Qasımov müğənni Pünhan Piriyevin onun toyunda iştirak etmək üçün 15 min manat tələb etməsi ilə bağlı açıqlamasına münasibət bildirib.

Milli.Az xəbər verir ki, Alim Qasımov Musavat.com-a açıqlamasında məsələ ilə bağlı Pünhanla öz aralarında danışdıqlarını deyib.

Xalq artisti Pünhanın açıqlamasının doğru olduğunu bildirib:

"Pünhan nə deyirsə, doğru deyir. Bu, iki kişi arasında olan söhbətdir. Öz aramızda danışmışıq və məsələ bitib. İndi onu aldadıblar, durub danışıb".

Qeyd edək ki, müğənni Pünhan Piriyev bir müddət əvvəl baş tutan toyuna Alim Qasımovu da dəvət etdiyini açıqlayıb. O, Xalq artistindən toyunda iştirak etməsini xahiş etdiyini, lakin bunun müqabilində 15 min manat tələb olunduğunu bildirib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.